♥Мой Мир♥

♥Мой Мир♥ Bürclər 18-08-2016, 10:00

Günün qoroskopu (18.08.2016)

Günün qoroskopu (18.08.2016)
Günün qoroskopu (18.08.2016)

QOÇ - İşgüzar sövdələşmələr, pulla bağlı danışıqlar üçün münasib gün olmadığından bu kimi məsələləri təxirə salın. İndi sizə hər şeydən əvvəl orqanizminizi, xüsusən də əsəblərinizi qorumaq lazımdır.

BUĞA
- Səhhətinizdə passivlik hökm sürdüyündən dincəlməyiniz daha məqsədəuyğundur. Ağır fiziki işlərdən, səfərə çıxmaqdan yayının. Axşamsa sevdiyiniz adamlarla təmiz havada gəzinməyə çalışın.

ƏKİZLƏR
- Şəxsi büdcənizdə artım olacağı gözlənilir. Deməli, ev şəraitində az olmağınız lazım gələcək. Sizə ehtiyac duyanları sevindirməyə çalışın. Texniki avadanlıqlarla ehtiyatlı olun.

XƏRÇƏNG
– Bürcünüzdəki planetar quruluş maddi dirçəlişdən xəbər verir. Ola bilsin ki, sizə borclu olanlarla rastlaşasınız. Saat 19-21 arası xoş bir təsadüflə rastlaşma ehtimalınız da var.

ŞİR
- Nəhayət ki, qarşınızda duran bu tarixi ürəyiniz istəyən tərzdə keçirə biləcəksiniz. Ətrafınızda baş verən bütün olaylar ruh yüksəkliyinizə səbəb olacaq. Qazanmaq ehtimalınız da var.

QIZ
- Müəyyən gərginlik müşahidə olunsa da, özünüzü ələ almaqla gözlənilən neqativliyi dəf edə bilərsiniz. Yaxşı olar ki, bu təqvimdə işlə bağlı heç bir danışıq və sövdələşmədə iştirak etməyəsiniz.

TƏRƏZİ
- Darıxdırıcı məqamlarınız artıq arxada qalmaqdadır. Ruh düşkünlüyünə son qoyun. Çünki ulduzlar bu gündən başlayaraq taleyinizə müsbət məqamlar paylayacaq. Axşam maraqlı görüşləriniz mümkündür.

ƏQRƏB
- Hiss olunur ki, qarşıdakı həftə üçün böyük bir sınaq meydanına çəkiləcəksiniz. Elə isə bəri başdan buna hazır olun. Dualar oxuyun, ziyarət edin və Tanrının varlığını başınız üstündə hiss edin.

OXATAN
- Yaxşı olar ki, saat 16-ya qədər vaxtınızı ev şəraitində keçirəsiniz. Əks təqdirdə əsəbi situasiyalarla üzləşəcəksiniz. Sonrakı müddətdə isə maraqlı adamlarla rastlaşacaqsınız.

OĞLAQ
- Qarşınızda əlamətdar bir təqvim durur. Vaxtınızın əsas hissəsini əyləncə və qonaqlıqlara həsr etməklə səmərəli anlar yaşaya bilərsiniz. İmkan daxilində səfərə də çıxmaq olar.

SUTÖKƏN
- Ailə-sevgi münasibətlərində uğurlarınız gözlənilir. Bütün umu-küsüləri bir kənara atın. Taleyinizdə dönüş yarandığı indiki məqamda yalnız əzmkarlığınızı artırmalısınız.

BALIQLAR
– Ayın sonuna qədər nəzərdə tutduğunuz işləri reallaşdırmaq istəyirsinizsə, bu təqvimdən səmərəli şəkildə yararlanın. Gün ərzində mühüm şəxslərlə sövdələşmələr aparın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
702 699 629 692 647 684

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.