Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 3-04-2020, 21:15

Məşhur brendlər artıq maska tikirlər

Məşhur brendlər artıq maska tikirlər
Dünyanın məşhur brendləri koronavirus infeksiyasından sonra mağazalarını və fabriklərini bağlayıb.

Axşam.az xəbər verir ki, onlar geyim tikməyi dayandırıblar. Əvəzində isə COVİD19-dan qorunmaq üçün maska, tibb həkimlərinə geyimlər tikmək qərarına gəliblər.

Prada, Gucci, Salvatore Ferragamo, Fendi, Valentino, Celine, Dior, Burberry, Emporio Armani və digərləri bunun üçün güclərini birləşdiriblər.

Gucci 1 milyondan çox maska, 55 min infeksiyadan qoruyacaq köynəklər tikəcəyini bildirib. Prada xəstəxanalara 80 min qoruyucu tulum, 110 min maska bağışlayacağına söz verib.

Corcio Armani bundan əvvəl İtalıya xəstəxanalarına 1,4 milyon dollar bağışlayıb. O, Milan və Romadakı xəstəxanalara bəzi alətlər də hədiyyə edib. Eyni zamanda maska tikəcəyini də bildirib.

Louis Vuitton, Givenchy və Christian Dior ətir istehsalını dayandırıb, əvəzində isə dezinfeksiya edici vasitələr hazırlamağa başlayıb. Bunu isə Fransa hökumətinə pulsuz verəcəklərini deyiblər. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
635 606 524 519 550 459

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.