Kənan Heydərov

Kənan Heydərov Maraqlı 5-05-2020, 17:51

Karantində darıxıb evinin altında 120 illik tunel aşkarladı – Fotolar

Karantində darıxıb evinin altında 120 illik tunel aşkarladı – Fotolar
İngiltərədəki yeni evində təmir aparan Ceyk Braun adlı şəxs divarların birinin arxasında böyük bir tunelin olduğunu aşkarlayıb.
Plimut şəhərində yaşayan və koronavirusun yayılması səbəbindən vaxtını evdə keçirən Ceyk Braun mənzilində bəzi dəyişikliklər etmək qərarına gəlib.

Təmirə başlayan Braun divarlardan birinin səthinin fərqli olduğunu müəyyən edib. Daha sonra isə o, divarda deşik açaraq arxasında geniş bir tunel olduğunu aşkarlayıb.
Tuneldə 1900-cü illərdən qalma boya qutuları, 1964-cü il tarixli bir qəzet aşkarlayan Braun tarixçi dostu Riçard Fişerlə əlaqə saxlayaraq baş verənləri ona danışıb.
Riçard bölgənin əvvələr “Uindric Təpəsi” olaraq tanındığını və evlərin anbar tipli zirzəmilərlə birlikdə tikildiyini bildirib. O qeyd edib ki, belə yerlər sonradan şərab zirzəmiləri və hətta mağara tipli hamam otaqları kimi istifadə edilib.











Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 459 449 436 380 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.