Xaliq

Xaliq Sağlamlıq 17-06-2020, 17:20

Xərçəngin beyinə yayılmasına kömək edİr...

Xərçəngin beyinə yayılmasına kömək edİr...
Alimlər nikotinin xərçəngin beynə yayılmasına kömək etdiyini açıqlayıblar.
Bunu ABŞ-ın Wake Forest Universitetinin alimləri bildiriblər. Alimlərə görə, nikotin, ağciyərlərdən beyinə metastazların yayılmasına əlverişli şərait yaradır. Onlar laboratoriya siçanları üzərində təcrübə keçərək nikotinin köməkçi beyin hüceyrələrinin fəaliyyətinə təsir etdiyini aydınlaşdırıblar. Bildirilir ki, maddənin özü xərçəng yaratmasa da, ağciyər xərçəngi olan xəstələrdə metastazların yayılmasını təhrik edir. Tədqiqatın nəticələri ilə bağlı məqalə "Experimental Medicine" jurnalında dərc edilib. Beləliklə, hesab olunur ki, onkoloji şişlə mübarizə dövründə xəstələr nikotindən uzaq durmalıdırlar. Bununla yanaşı mütəxəssislər dağtərxunu bitkisinin ekstraktından olan parthenolide maddəsinin nikotinin beyin hüceyrələrinə daxil olmasının qarşısını ala biləcəyini müəyyən ediblər. Yaxın gələcəkdə alimlər ağciyər xərçəngi olan siqaret istifadəçilərində həmin maddəni sınamaq niyyətindədirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 436 429 388 383 411

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.