Teni Tenime

Teni Tenime Maraqlı 20-06-2020, 16:17

Konservləşdirilmiş dizaynlar

Konservləşdirilmiş dizaynlar
Mətbəxdə istifadə etdiyiniz konserv və alüminium qutuları atmayaraq evinizi dekorasiyaya edin





Qutu içkilərin, konservlərin çəkmə halqalarını atmayıb tək-tək bir-birlərinə yapışdıraraq dəyişik tərzdə bir çilçıraq düzəldə bilərsiniz
Konservləşdirilmiş dizaynlar





Mətbəx vəsaitləri üçün

Çəngəl və qaşıqlarınızı axtarmaqdan yorulursunuzsa hamısını bir yerdə tutmaq istəyə bilərsiniz. Qutunuzun xaricini istədiyiniz şəkildə dekorasiyaya edin





Quşları da unutmayın

Heç bir xərcə girmədən konserv qutularınızdan quşlara yuva düzəldə bilər və onları bəsləyə bilərsiniz. Qutuları istədiyiniz rəngə rəngləyib uyğun bir yerə asa bilərsiniz





İynə yastığı

İynələr itdiyi zaman zərər verə biləcək obyektlərdir. Bunun önünə keçə bilmək üçün tikiş qutunuza konservdən iynə üçün yer düzəldə bilərsiniz





Şallarınızı saxlayın

Şallar üçün uyğun yer tapmaq çətin ola bilir. Yenə konserv qutuları imdadınıza yetişir və sizin üçün gözəl bir şal saxlayıcı ola bilər





Şüşə stendi

Boş konservlərinizi qiymətləndirə biləcəyiniz bir başqa üsul daha. Bəlkə kiçik bir şərab zirzəminiz belə ola bilər





Dəsmal asılqanı

Duş dəsmallarınızı bir yerdə tuta biləcəyiniz bir dekorasiya. Şkaflardan daha rahat ola bilər





Şam qabı

Konservdəki məhsulla yeməyinizi bişirdikdən sonra növbə o yeməyi romantik bir şəkildə yeməkdə. Konserv qutunuzu atmayıb gözəl bir şaml qabı düzəldə bilər və yeməyinizi bu şam işığında yeyə bilərsiniz





İp anbarı

Hörgü hörməyi sevirsiniz və iplərinizi qoyacaq yer tapa bilmirsinizsə bu tam sizə görə. Hətta artan ipliklərinizlə qutuların ətrafını da bəzəyə bilərsiniz





Qələm və aksesuar qutuları

Qələm, silgi, aksesuarlarınızı saxlamağa və bir yerdə tutmanıza köməkçi olacaq qutular düzəldə bilərsiniz. Masalarınızı daha əyləncəli hala gətirin





Divar dekorasiyası

Yaradıcı insanların əlindən heç bir konserv qutusu xilas ola bilməz. İncə düşündükdə çıxaracağınız şeylər sərhədsizdir. Buyrun sizə divar bəzəyi





Çiçəkləriniz üçün

Divara asa biləcəyiniz rəngarəng saxsılar düzəldə bilərsiniz. İstər bağçanızı istəsər evinizin divarlarını bəziyə bilərsiniz

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
399 517 430 467 411 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.