Ehmedzade

Ehmedzade Maraqlı 7-07-2020, 10:45

Ruhunuzu dincəldə biləcək 9 davranış

Ruhunuzu dincəldə biləcək 9 davranış







Mesaj yazmayın, zəng edin.
Telefonda kiminsə səsini eşitmək stres səviyyəsini azaldır və bədəndəki oksitosun hormonunun ifrazına səbəb olar. Mesaj isə eyni təsiri yaratmaz.

Narınclardan faydalanın.
Portağal, greyfurt yemək, hətta çayınıza limon əlavə etmək ruh halınızı düzəldir.

Gülümsəyin.
Gülümsəmək sizi rahatlaşdırır. Gülümsəyən insanların ürək döyüntüləri yavaşlayır və özülərini daha rahat hiss edərlər.

Ulduzlara baxın
.
Möhtəşəm bir təcrübə yaşamaq üçün böyük şeylərə gərək yoxdur. Ulduzlara baxın, batımını izləyin, səmanın sakitliyindən zövq almağa çalışın.

Danışıq tərzinizə diqqət edin.
Neqativ ruh halı yoluxucudur. Ərafınızda neqativ insanlar mövcuddursa, siz də bundan təsirlənirsiniz. Buna görə də sözlərinizə, həyat tərzinizdə hər zaman pozitiv və sakit qalmağa çalışın.

Ətrafınızdakı işıqlandırmaya diqqət edin.
Təpədən gələn sərt işıq stres səviyyəsini artıra və sizi narahat hiss etdirə bilər. Yumşaq işıqlandırmalar sizi rahatlaşdırır.

Dostlarınızla kofe için.
Dostlarla içilən kofe stres səviyyəsini azaldır, bu araşdırmalarla müəyyən edilmişdir. Bu səbəblə, kofenizi tək başına deyil, dostlarınızla içməyə üstünlük verə bilərsiniz.

Qısa məşqlər edin.
Araşdırmalara görə daimi və qısa edilən məşqlər də, həm fiziki, həm də zehni yorğunluğumuzu aradan qaldıraraq bizi gümrah hiss etdirir.

Toxunun, öpün.
Sevgilinizi öpün, ya da dostlarınızla qucaqlaşın. Qısa bir fiziki təmas belə qan təzyiqinizi aşağı salır və özünüzü daha sakit hiss etməyə başlayırsınız.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
359 433 340 427 396 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.