Xaliq

Xaliq Programlar 8-07-2020, 17:58

Fikri oxuyan qarnitur nitqində qüsurlar olan insanlara kömək edəcək

Fikri oxuyan qarnitur nitqində qüsurlar olan insanlara kömək edəcək
ABŞ-ın "Smartstones” şirkəti fikri oxumaq üçün simsiz qarnituru və yardımçı proqramı birləşdirməklə nitqində problemlər olan insanlara kömək edəcək.


"ICTnews” Elektron Xəbər Xidməti "NakedScience” resursuna istinadən yazır ki, "think to speak” ("danışmaq üçün fikirləşmək”) adlanan texnologiya istifadəçinin beyin dalğalarını oxuyaraq sonradan onları smartfon üçün xüsusi ":prose” əlavəsi vasitəsilə cümlələr şəklində ifadə edir.


Bildirilir ki, qarnitur serebral iflic və autizm kimi xəstəliklərə tutulan insanlara ətrafdakılara öz fikir və hisslərini çatdırmaq üçün vasitə olacaq.


"Smartstones” insanın hərəkətlərinə uyğun ardıcıllığı təkrar edən ifadəni səsləndirmək üçün onun hərəkət ilə bağlı fikirlərini oxuyur. Bu isə o deməkdir ki, istifadəçi əvvəlcədən komanda və ya sözə bağlı olan müəyyən hərəkət haqqında düşünəndə, (məsələn, əl ilə vurmaq) qarnitur siqnalı smartfona ötürür, ":prose” əlavəsi öz növbəsində onu emal edərək hazır cümləni ifadə edir. "Smartstones” fiziki hərəkətlər istisna olmaqla jest və sensorlu interfeyslər kimi işləyir.


Layihə yaradıcıları əmindirlər ki, onların texnologiyası nitqində problemlər olan insanlara ünsiyyət qurmağa imkan verən bütün müasir qurğuları əvəz edə biləcək.


":prose” əlavəsini "iOS” sistemli qurğulara yükləmək mümkündür, "Smartstones” isə bu yaxınlarda təkmilləşməsi gözlənilən "think to speak” texnologiyasının beta versiyasının idarəetməsi ilə işləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
557 606 546 462 530 517

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.