Th30

Th30 İdman 10-07-2020, 15:12

Çempionlar Liqasının püşkü atıldı - CÜTLÜKLƏR

Çempionlar Liqasının püşkü atıldı - CÜTLÜKLƏR
Çempionlar Liqasının cari mövsümünün son püşkatma mərasimi keçirilib.

 1/4 finalın püşkü atılıb. Burada dörd klub və cavab oyunları hələ keçirilməyən 1/8 finalın dörd cütünün rəqibləri bəlli olub. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək və bir qarşılaşmadan ibarət 1/4 final görüşləri avqustun 12-15-də oynanılacaq.

Ardınca yarımfinal mərhələsinin püşkü atılıb. Həmçinin, final matçının nominal meydan sahibi bəlli olub. Lissabondakı 1/2 final görüşləri avqustun 18-19-da, final 23-də baş tutacaq.

Çempionlar Liqası
1/4 final
1. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) cütünün qalibi – “Lion” (Fransa) – “Yuventus” (İtaliya) cütünün qalibi
2. “Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
3. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) cütünün qalibi – “Çelsi” (İngiltərə) – “Bayern”(Almaniya) cütünün qalibi
4. “Atalanta” (İtaliya) – PSJ (Fransa)

Yarımfinal
5. 1-ci cütün qalibi – 3-cü cütün qalibi
6. 2-ci cütün qalibi – 4-cü cütün qalibi

Final
6-cı cütün qalibi – 5-ci cütün qalibi

Qeyd edək ki, 1/8 final cütlərində cavab matçları avqustun 7-8-də keçiriləcək.
Geri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.