Xaliq

Xaliq Maraqlı 20-07-2020, 08:30

Çində donuzun orqanları meymuna köçürüldü

Çində donuzun orqanları meymuna köçürüldü
Çində Hərbi Hava Qüvvələrinin Hərbi-tibbi universitetinin həkimləri eksperiment keçirib.


Teleqraf.com-un məlumatına görə, onlar üç meymuna donuzun orqanlarını transplantasiya ediblər.


Qeyd olunur ki, meymunlardan birinə donuzun ürəyi, digərinə böyrəyi, üçüncü meymuna isə qaraciyər köçürülüb.



Əməliyyatlar iyunun 13-də baş tutub. Ürək və böyrək transplantasiya edilən meymun bir müddət sonra ölüb.


Qaraciyər köçürülən meymun isə iki həftədir ki, yaşayır. Mütəxəssislər bildirir ki, bu, digər heyvanın orqanı köçürülmüş heyvanın sağ qaldığı ən uzun müddətdir.


Qeyd edək ki, ötən il britaniyalı alim yaxın illərdə donuz ürəyinin insana köçürülməsinin mümkün ola biləcəyini demişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
717 662 661 596 563 577

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.