Xaliq

Xaliq Maraqlı 29-07-2020, 15:24

Nişan üzüyü alarkən nəyə fikir vermək lazımdır?

Nişan üzüyü alarkən nəyə fikir vermək lazımdır?

Çətin seçimlər, asan həyat, asan seçimlər çətin həyat

Bu biraz qəribə səslənə bilər, amma bu doğrudur. Bildiyiniz kimi mən qərarsız biriyəm,əsas da nişan üzükləri barədə. Buna görə də mən özüm üçün bir sıra araşdırmalar apardım. Tanıdığım insanlar üzüklər barədə ilk pulu fikirləşirdilər, amma biz doğru seçim etmək istəyiriksə, pulu ən sonda düşünməliyik. Nişan üzüyü seçmək biraz çətindir,çünkü nişan üzüyünü almaq hər-hansı geyimi almağa bənzəmir. Üzük seçərkən ilk nə istədiyimizi, hansı tərzə üstünlük verdiyimizi bilməliyik. Seçim çox olduğuna görə, seçim edərkən səbrsiz davranırıq.Ona görə də sizlər üçün üzük seçərkən nələrə diqqət etməli olduğumuzu araşdırmışam.



Qızıl alarkən nəyə fikir vermək lazımdır?
Qızıl alarkən ilk öncə qızılın əyyarına diqqət etmək lazımdır. Qızılın müxtəlif növ əyyarları vardır. Hal-hazırda Azərbaycanda 583, 585, 750, 830 əyyarlarında qızıllar satılır. Bu əyyarlar arasında fərqliliklər olduğu üçün, diqqətlə araşdırmalı və seçim etməliyik.Təbiidir ki, əyyar artdıqca qiyməti də artacaqdır.


Ağ qızıl və sarı qızıldan bahadır?
Dövrümüzdə zinyət əşyaları sırasında ən çox istifadə olunan qızıl rəngi ağ və sarıdır. Çox insan ağ qızılı gümüşə bənzətdiyi üçün sarı qızılı üstün tutur. Ağ qızıl və sarı qızıl əyyar baxımından eyni dəyərdədir. Aralarında olan fərq isə sarı qızılın saf qızıl, mis və sink qarşığı ilə əldə edildiyi halda, ağ qızıl saf qızıl, gümüş və palladiy kimi metalların qarışığından əldə edilir.


Rus qızılı al, bala ,əsl qızıl odur!
Bu sözü ən çox evdə ata, analarımızdan eşidirik, bəs biz nə istəyirik? Özümüzdən ən çox nə geyindiyimizi və dərimizin qızıla qarşı necə reaksiya verdiyini soruşmalıyıq. İnsanlar müxtəlif zövqə və dəri rənginə sahibdilər. Sarı qızıl isti dəri tonları olan insanlarda daha gözəl görünür, ağ qızıl isə sərin dəri rəngi insanlarda daha gözəl görünür.


Üzük seçərkən daş önəmlidir mi?
Nişan üzüyünü seçərkən çox diqqətli olmalıyıq, çünkü ömrümüz boyunca bu üzüyü barmağımızda daşıyacıyıq. Üzük seçərkən əyər qiymət sizin üçün önəm daşıyırsa, daşı kiçik üzüklər seçməyiniz düzgündür, çünkü daş nə qədər çox və böyük olarsa qiymət də o qədər çox olacaq. Mən düşünürəm ki, üzüyü seçərkən daş və qiymətindən çox, öz istədiyimizi nəzərə almalıyıq. Seçdiyimiz daşın önəmi onun parlaqlığında deyil, onun bizi necə hiss etdirməsindədir. Məsələn gözəl bir üzüy seçib, onu firuzə,yaqut və başqa rənglərdə olan daşlarla da bəzəyib gözəl görüntü əldə etmək mümkündür. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
528 555 533 519 505 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.