ABŞ-da iki əsrlik silah şirkəti müflis oldu
Bu barədə “Bloomberg” şirkətin məhkəməyə verdiyi sənədə istinadən məlumat yayıb.
ABŞ-ın İflas Kodeksinin 11-ci fəsli şirkətə biznesin yenidən qurulması və kreditorlara borclarını ödəmək planlarını hazırlayarkən fəaliyyətini davam etdirməyə imkan verir.
Bu şirkətin artıq iki il ərzində ikinci iflasıdır.
Qeyd edək ki, şirkət 1816-cı ildə Elifalet Reminqton tərəfindən qurulub. ABŞ ordusu ilə 1845-ci ildə razılaşma əldə edən Reminqton o dövrdə 5 min ədəd Missisipi marka tüfəng istehsal edib.







