Bağışla

Bilməzdim qəlbinə toxunacağam,
Bağışla,ay canım,bağışla,məni.
Nə vaxtsa necə var oxunacağam,
Bağışla,ay canım,bağışla,məni.
***
Alışıb yanıram çəkdiyim ahdan,
Durub nə gözləyim gələn sabahdan.
Böyüklü-kiçikli keç bu günahdan,
Bağışla,ay canım,bağışla,məni.
***
Kimlərsə aranı donduracaqdır,
Kimlərsə çəkilib yan duracaqdır.
Bu sevgi içimi yandıracaqdır,
Bağışla,ay canım,bağışla,məni.
***
Nə vaxtsa qapını döyə bilərəm,
Könlümdən keçəni deyə bilərəm.
Gözünə Məcnun tək deyə bilərəm,
Bağışla,ay canım,bağışla,məni.
Bağışla,ay canım,bağışla,məni.
Nə vaxtsa necə var oxunacağam,
Bağışla,ay canım,bağışla,məni.
***
Alışıb yanıram çəkdiyim ahdan,
Durub nə gözləyim gələn sabahdan.
Böyüklü-kiçikli keç bu günahdan,
Bağışla,ay canım,bağışla,məni.
***
Kimlərsə aranı donduracaqdır,
Kimlərsə çəkilib yan duracaqdır.
Bu sevgi içimi yandıracaqdır,
Bağışla,ay canım,bağışla,məni.
***
Nə vaxtsa qapını döyə bilərəm,
Könlümdən keçəni deyə bilərəm.
Gözünə Məcnun tək deyə bilərəm,
Bağışla,ay canım,bağışla,məni.






