Xaliq

Xaliq Maraqlı 4-08-2020, 18:01

Namaz qılmayan adamı kafir saymaq düzgün fikirdirmi?..

Namaz qılmayan adamı kafir saymaq düzgün fikirdirmi?..
Sual: Namaz qılmayan adamı kafir saymaq düzgün fikirdirmi?

Cavab: Küfr əqidə ilə bağlı olan bir məsələdir. İman gətirilməsi vacib olan bir prinsipə əks çıxmaq, onu qədd etmək küfr deməkdir. Şəriət hökmlərini yerinə yetirməmək, əxlaqi normaları gözləməmək küfr sayılmaz. Amma bu hallar (yəni şəriətə və əxlaqa əməl etməmək) günah sayılar, həm bu dünyada, həm də axirətdə ilahi cəzaya hədəf olar. Şəriət hökmlərinə əməl etməmək o zaman küfrə gətirib-çıxarar ki, insan bir hökmün vacib olduğunu bilə-bilə qəsdən onu inkar etsin və o hökmün vacib olmadığını yalandan iddia etsin. Məsələn, namaz qılmağın hər kəsə vacib olduğunu inkar etsin, namazı təhqir etsin. Diqqət yetirilməli məqam budur ki, əgər insan namazın vacib olduğunu anlayırsa və bunu təsdiq edirsə, amma müəyyən bəhanə ilə namaz qılmırsa, ona kafir söyləmək olmaz. Belə adam mömin sayılmaz, onun imanında ciddi nöqsan vardır. Bu adamın günahı böyükdür, amma kafir deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 403 431 341 408 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.