Xaliq

Xaliq Maraqlı 4-08-2020, 18:01

Sən demə, bütün xəstəliklərin 3 SƏBƏBİ VARMIŞ

Sən demə, bütün xəstəliklərin 3 SƏBƏBİ VARMIŞ
Şamanlar bilirlər ki, həyatımızda baş verən hər şeyin kökü fikirlərimizlə bağlıdır.
Şamanlar cadugər deyil, onlar daha yüksək şüur vəziyyətinə - medidativ transa girə bilir və anormal şəraitdə baş verənləri qavraya bilən real kişilər və qadınlardır. Şamanlar çətin məşq sayəsində yüksək dərketmə qabiliyyətinə malikdir, onlar fiziki bədənlərindən ayrılaraq öz daxili aləminə səyahət edirlər. Şaman fiziki bədən və ruh arasındakı fərqi çox aydın görür və onları bir-birinin tamamlayıcısı hesab edir.
Xəstəliyin öhdəsindən gəlmək üçün şamanlar səbəb və nəticə arasında qarşılıqlı əlaqəyə diqqət edir. Biz bilirik ki, fiziki olaraq bədən həyatı ərzində bir neçə dəyişikliklərə məruz qalır. Bədən virusa yoluxur, bədbəxt hadisələr baş verir, yaralar, çapıqlar, qançırlar əmələ gəlir və hətta sümüklər sınır.
Xərçəng, ürək xəstəlikləri, hepatit, skleroz kimi çox ciddi xəstəliklər fiziki bədənin sürətlə yaşlanmasına, nəticədə ölümünə səbəb olur. Şamanların inanclarına görə, bu, bəsit təsirlərdir. Həqiqi sağaltma üçün xəstəliklərin simptomlarını sadəcə dərmanlarla müalicə etmək kifayət etmir. Bunun üçün biz ilk növbədə xəstəliyin kökündə dayanan səbəbləri həll etməliyik.
Şaman nöqteyi-nəzərindən xəstəliyin üç klassik səbəbi var və bu, bakteriya, mikrob və ya viruslar deyil. Bu, daxili aləmin vəziyyətidir.
Birinci səbəbi - daxili disharmoniya
İlk səbəbi daxili harmoniyanın pozulmasıdır. Bizim üçün əhəmiyyətli olan münasibətlərə son verdikdə və ya aid olma duyğusundan məhrum qaldıqda daxili uyğunsuzluğuq baş verir. Məsələn, yaşlı ər-arvaddan birinin qəfildən ölümü disharmoniya (harmoniyanın pozulması) yaradır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
324 322 400 360 392 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.