Xaliq

Xaliq Sağlamlıq 5-08-2020, 15:49

Qəhvə ilə ömrü uzatmağın sirləri - ARAŞDIRMA

Qəhvə ilə ömrü uzatmağın sirləri - ARAŞDIRMA
İsveçin Heteborq Universitetinin mütəxəssisləri ömrü uzatmaq üçün qəhvə hazırlamaq yollarını açıqlayıblar.
Tədqiqatda 20-79 yaşlı 508 min 747 kişi və qadın iştirak edib.
Araşdırmanın nəticələri "European Journal of Preventive Cardiology" jurnalında dərc olunub.
Təcrübə iştirakçıları istehlak edilən qəhvə miqdarı və onun hazırlanma üsulunu göstərən anketləri doldurublar.
Onların boyu, çəkisi, xolesterol səviyyəsi, qan təzyiqi, fiziki fəaliyyəti də nəzərə alınıb.
Bu amillər təsadüfən seçilməyib. Həkimlərin dediyinə görə, bu faktorlar ürək-damar xəstəliyi ehtimalına təsir göstərir.
Respondentlər 20 il ərzində izlənilib.
Bu müddət ərzində iştirakçılardan 46 min 441 nəfəri ölüb. Onlardan 12 min 621-i ürək-damar xəstəliklərindən, 2 min 894-ü isə insultdan həyatını itirib.
İştirakçıların 59%-nin süzülmüş qəhvəyə, 20%-nin süzülməmiş qəhvəyə üstünlük verdiyi məlum olub. Respondentlərin 9%-nin qəhvənin hər iki formasını içdiyi, 12%-nin isə bu içkidən istifadə etmədiyi ortaya çıxıb.
Məlum olub ki, qəhvə istehlak edildiyi qruplarda ölüm nisbəti daha aşağı olub.
Süzülmüş qəhvə istifadə edənlərin ölüm riskinin 15% az olduğu qeyd edilib.
Ən aşağı ölüm nisbəti isə gündə bir-dörd fincan süzülmüş qəhvə içənlər arasında qeydə alınıb.
60 yaşdan yuxarı insanlar üçün isə bu içkinin istehlakının ölüm ehtimalını artırdığı barədə xəbərdarlıq edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
475 444 414 394 403 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.