kolgem

kolgem Şeirlər 3-11-2016, 13:55

Əl çəkmədiyim tək adətimsən

Əl çəkmədiyim tək adətimsən
Əl çəkmədiyim tək adətimsən


Yenə kövrəlirəm bir axşamçağı

Kimdən darıxardım sən olmasaydın

Həsrət vuran yerdə qanlı bıçağı

Səsim də cixmazdı sən duymasaydın



Sən mənim ərk yerim,nazımı çəkən

Sən mənim ömrümü güldürənimsən

Hərdən buz baxışla hirsini töküb

Sehvimi,düzümü göstərənimsən



Harayım catmazdı,ünüm yetməzdi

Yolumun üstündə sən durmasaydın

Ayağım bir addım önə getməzdi

Görüşə getdiyim sən olmasaydın



Başımı hər zaman uca eleyen

Əyilməz qürurum,fəxarətimsən

Bütün vərdişlərimi tergitmişəm mən

Əl çəkmədiyim tək adətimsən

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
660 669 609 605 586 620

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.