ÊLfidÂ

ÊLfid Müxtəlif 23-08-2020, 12:00

GüLüşünü qoru ^^

GüLüşünü qoru ^^
Öz xoşbəxtliyindən özün məsuliyyət daşıyırsan. Əgər başqalarının səni xoşbəxt etməsini gözləyirsənsə, hər zaman xəyal qırıqlığına uğrayacaqsan..GüLüşünü qoru ^^



Şekspir demişdir...
Mən həmişə xoşbəxtəm, bilirsən niyə? Çünki heç kəsdən heçbirşey gözləmirəm, gözlənilənlər zərər verir.. Həyat qısadır, həyatını sev, xoşbəxt ol.. Gülüşünü qoru. Artıq özün üçün yaşa, danışmazdan əvvəl qulaq as.. Yazmazdan əvvəl düşün.. Xərcləmədən öncə qazan.. Zərər verməzdən əvvəl hiss et.. Nifrət etməzdən əvvəl sev.. İmtina etməzdən əvvəl çalış.. Ölməzdən əvvəl yaşa..!



Gözünüzü boyayanı yoxda, qəlbinizdə ki, ən kiçik qırıqlığı təmir etməyə çalışan insanları sevin. İnanclarınız o zaman qırılmaz. Girdiyiniz hər gözlənti sizə o zaman kiçik xoşbəxtliklər gətirəcəkdir.



Səsimi qaldırmıram , gözümü yaşartmıram , üzümdəki mimiklər tərpənmir. Uyuşdum qaldım. Ətrafımda baş verən hadisələrə reaksiya vermirəm. Boş çoxluğun içindəyəm. Artıq hiss etmirəm necə deyim sanki buz bağlamış damarlarım. Hər şeyin fərqindəyəm amma susuram. Canımı yandıran insanlara baxanda içim ağrıyır. Heç kimə küsmədim və kimsədən incik deyiləm. Varam ancaq , yoxmuş kimiyəm. Özümü hamıya bağlamışam və qapıları içəridən kilidləmişəm. Qürur verici hal deyil bəlkə də amma mən də bu qədərəm. İndi dünya başıma yıxılacaq olsa məndə bir yarpaq belə əsməz.



Günəşdən bezə bilərsən! Qışı, qaranlığıda arzulaya bilərsən! Amma əmin ol ki, o qış gəldiyində, o arzuladığın qaranlıq düşdükdə yandırdığın şam nə qədər böyük olsa belə, bir gün əriyib bitəcək və sən qaranlığa məhkum olacaqsan... Və yenidən günəşi arzulayacaqsan. O günəş üçün darıxacaqsan! Unutma minlərlə şam bir günəşi əvəz edə bilməz... Çalış o günəşi bir ömürlük itirmə əriyəcək şamlar üçün...



İçindəkiləri tam deməyən də ya da bəlli etmədiyin də "vecinə almır" deyəcəklər. Amma heç kim deməyə çalışdığın da eşitməməzlikdən gəldiyini xatırlamayacaq...




Kədər deyib keçmə. Bəzi kədərlərin gözəl tərəfləri vardır. Canın yanar amma sonda kimə güvənib, kimə güvənməyəcəyini çox yaxşı başa düşərsən...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
626 547 563 494 529 553

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.