_Uğurböceyi_

_Uğurböceyi_ Şeirlər 26-08-2020, 18:30

Məndən inciməyin, ey göz yaşlarım.

Məndən inciməyin, ey göz yaşlarım.
Məndən inciməyin, ey göz yaşlarım.

Göz Yaşlarım



Fələk həyatımdan hər gün pay aldı
Təbəssümüm soldu, bənzim qaraldı
Dünəndən bugünə mənə nə qaldı?
Yorulmuş sifətim, bəyaz saçlarım
Məndən inciməyin, ey göz yaşlarım.

Nə dost tapdım ürəyimi açmağa
Nə yer tapdım başım alıb qaçmağa
Qanadlanıb Haqq dərgaha uçmağa
Bir lələk vermədi Cənnət quşlarım
Məndən inciməyin, ey göz yaşlarım.

Vicdan su qiyməti, günah çox
ürək daş deyil ki, lal olub baxa
Qaldınız gözümdən hey axa – axa
Dondu üfüqlərdə key baxışlarım
Məndən inciməyin, ey göz yaşlarım.

Həyat dövran etdi başqa bizimdə
Mənliyim sırındı ölüm gözündə
Bircə siz qaldınız ovuc içində
Təbəssümə küsdü üz qırışlarım
Məndən inciməyin, ey göz yaşlarım.

Bir – bir tərk elədi yol yoldaşlarım
Məndən inciməyin, ey göz yaşlarım.

Gərçəklər gizləndi, həqiqət qorxdu
Doğru, düz cəpərdə ayaрən burxdu
Başa düş, yetimsən, sevənin yoxdu!
Dol, islan gözlərim, çatıl qaşlarım
Məndən inciməyin, ey göz yaşlarım..


Azər Şirin



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
722 729 661 627 619 694

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.