Nobel mükafatı necə yaranıb?
Mükafatın yaradılma səbəbi, Alfred Nobelin özü
haqqında qəzetdə gördüyü bir başlıq olmuşdur. Qardaşı Lüdviq Nobelin ölüm xəbərini
fransalı jurnalist səhv anlayaraq Alfred Nobelin ölümü kimi başa düşüb.
Bununla bağlı öz məqaləsində bu xəbəri “Ölüm taciri dünyasını dəyişdi” kimi təqdim edib.
Jurnalistin Nobeli “ölüm taciri” adlandırmasının səbəbi isə dinamitin kəşfi idi.
Alfred Nobel məlum olduğu kimi bu partlayıcı maddəni kəşf etmiş və bunun satışından
da xeyli gəlir əldə etmişdir. Bu səbəblərdən dolayı o dövrlərdə Nobelə “ölüm taciri” ləqəbi qoyulmuşdu. Bu pis şöhrətdən qurtulub arxasında yaxşı bir miras qoymaq adına Alfred Nobel vəsiyyətnamə yazaraq sərvətinin böyük qisminin öz adına bir mükafatın tərtib edilməsi üçün ayrılmasını vəsiyyət edir.