Луна

Луна özünü 😇 xoşbəxt hiss edir. İslam Dini 2-09-2020, 15:34

Namaz Qılmağın 12 Faydası

Namaz Qılmağın 12 Faydası
Namaz Qılmağın 12 Faydası
1. Namaz, gündəlik həyatı planlaşdırır. Günü 5 hissəyə ayırır. Gündəlik proqram yaradır, insanı zaman məfhumu ilə üz-üzə qoyur və hər günün dolu olmasına yol açır.

2. Namaz təmizliklə başlayır. Çünki bədən və ətraf mühitin təmizliyi, namazın vaciblərindəndir.

3. Bir kəsin əqidə vəziyyətini bildirmək üçün, "namaz qılan adamdır", - deyirik. Namaz İslamın simvolu halına gəlib. Müsəlmanlar namazı, Allahın bir əmri olduğu üçün qılırlar. Ancaq Allahın bu əmrini yerinə yetirərkən özləri də bilmədən onun saysız-hesabsız nemətlərindən də istifadə edirlər. Əslində dinimizin heç bir əmri ağıla, məntiqə, elmə və sağlamlığa zidd deyil. Hamısında bir hikmət və xeyir vardır.

4. Namaz qılmaq həkimlər tərəfindən xəstələrin oynaq revmatizmini müalicəsində ən effektiv qoruyucu vasitə kimi məsləhət bilinir. Rükuda kürək və qarın əzələləri işləyir ki, bu da mədə ətrafı üzərindəki piylərin əridilməsini təmin edir. Səcdədə baldır və bud əzələləri hərəkətə gəlir. Bağırsaqların hərəkəti bərpa olunub, qəbizliyin qarşısını almağa kömək edir.

5. Namazdakı bütün hərəkətlər ürəyin işləməsinə təsir edib, qanın bədənin ən ucqar nöqtələrinə getməsini sürətləndirir, eyni anda sinirləri rahatlaşdırır. Yuxusuzluğu aradan qaldırır. Səcdədə təzə qanla yuyulan beyin sağlam qalaraq, yaddaşın itirilməsinin qarşısını alır.

6. Gündə ən azı 17 rükətlik namaz və 34 səcdə yerinə yetirən orqanizmin ömür boyu bu hərəkəti təkrar etdiyi düşünülsə, bütün orqanizmin tarazlı hərəkətlərə qovuşduğu aydınlaşar.

7. 1980-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsində aparılan bir tədqiqatda diz oynağı revmatizmi olan və namaz qılan 30 xəstə ilə, yenə diz oynağı revmatizmi olan və namaz qılmayan 30 xəstə müqayisə edilib. Namaz qılanlarda şikayətlər və xəstəlik əlamətləri 50 yaşından sonra ortaya çıxdığı halda, bu xəstəlik namaz qılmayanlarda 40 yaşından etibarən görünüb.

8. Namaz qılanların oynağında 10 dərəcəlik hərəkət məhdudlaşdırılması var, qılmayanlarda bu məhdudiyyət 25 dərəcəyə çatır. Aparılan eyni araşdırmalar zamanı namaz qılanların 10 pilləli nərdivanı orta hesabla 22 saniyədə, qılmayanların isə 34 saniyədə çıxdığı məlum olub.

9. Namaz, koordinasiya, uyğun bir ruhi və fiziki hərəkətlər ardıcıllığıdır. Ayaq üstə duranda, dik dayanmaq təklif edilir, ikinci hissə olan rükuda belin ayaqlarla 90 dərəcəlik bir bucaq altında dizləri bükmədən həyata keçirmək lazımdır. Yerə, səcdəyə getdikdə isə başın yerə dəyməsi ilə bədənin bütövlükdə daha aşağı səviyyədə olması təmin edilir. Bütün bu hərəkətlərin davamında bədənin bütün iradəli əzələləri və oynaqları tam uyğunluqla hərəkət edirlər.

10. Vyana Universitetinin Tibb Fakültəsinin professoru Dr.Hans Tischer məşhur ortopediya mütəxəssisidir. Bu elm xadimi öz sahəsi ilə bağlı hərəkətlər zənciri olan namazı araşdırmış və belə bir qənaətə gəlmişdir:
"Müsəlmanların namazı ortopedik baxımdan ayaqlar, diz, bud və topuqları, hətta barmaq oynaqlarına qədər bədənin hər oynağını hərəkət etdirir. Bundan başqa, boyun, çiyin, qol, ayaq, bel və qarın əzələlərinin hamısını böyük bir ahəng içində gərilib yumşalır və beləliklə, tam bir sağlamlıq mənbəyi olur. Üstəlik, bütün bu faydalı hərəkətlər gündə beş dəfə təkrarlanır. Orqanizm üçün bundan daha faydalı, daha rahatladıcı bir hərəkətlər toplusu ola bilməz.
İnsanların çoxu yaşları artdıqca boyun, bel və diz duzlaşmalarına görə hərəkət pozğunluqlarından əziyyət çəkirlər. Bir növ şikəst qalırlar.
Bu vəziyyət həyatlarının son mərhələsini ağrılar və sıxıntı içində və bir çox hərəkətlərindən məhrum şəkildə keçirmələrinə səbəb olur. Mütəmadi olaraq qılınan namaz bütün bu əziyyətlərin ən mükəmməl önləyici olur.
"

11. Namaz əslində gündə beş dəfə Allahın hüzuruna çıxmaq hadisəsidir. Allaha qarşı vəzifəsini yerinə yetirmək, Ondan kömək tələb etmək və bütün bunların mənəvi gözəlliyini yaşamaqdır.

12. Rahatlığa qovuşan və bu duyğular içində konsentrasiya olan insanların beyinlərində "dopamin", "interleukin-2" kimi maddələr ifraz olunur.
"Dopamin" rahatlıq, yüngüllük verən, gözəl duyğular təmin edən bir maddədir. "İnterleukin-2" isə insanın müdafiə sistemini qüvvətləndirir.
Əhval-ruhiyyənin yüksəlməsilə ağır xəstəliyə qalib gələn insanlarda "interleukin-2" müalicəsi əsas rol oynayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1015 990 899 941 819 891

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.