Arzum

Arzum Maraqlı 2-09-2020, 20:00

Dünyadakı tükürpədən adətlər

Dünyadakı tükürpədən adətlər
Dünyanın çox qəribə adət və ənənələri var. Bu adət və ənənələri görənlər heyrətə gəlir.Loading.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, insanları heyrətə gətirən adətlərdən biri Perudadır.

Bu ölkədə uşaqların sağlam olmasını istəyən ailələr onlar üçün qoyun və digər ev heyvanlarını öldürürlər və öldürülən heyvanların qanları ilə uşaqlarını yuyurlar.

Peru - Ölü heyvan qanı ilə uşaqları yuyurlar

Hindistanda yeni doğulan körpələri məbədlərdə aşağı atmaq ənənə halına gəlib. Bu mərasimin uşaqları gücləndirdiyinə inanırlar. Məbədlərdə dua edildikdən sonra yeni evlənən çütlüklər uşaqları doğulduqdan sonra bu mərasim həyata keçirilir. Yerli səlahiyyətlilər, bunun 500 ildən bu yana davam etdiyini söyləyir. Ancaq, Hindlilərin bu ənənəsi bir çox uşağın şikəst qalmasına, hətta ölməsinə səbəb olur. Çox yüksəkdən buraxılan körpə, aşağıdakı kütlənin onu tutması zamanı sərt zərbələrə məruz qala bilir, hətta yerə düşə bilir.

Hindistan - Yeni doğulan körpələri məbədlərdə aşağı atmaq ənənəsi
Dünyadakı tükürpədən adətlər
Taylandın kral ailəsi çox köhnə zamanlardan gələn və yalnız bu ailənin istifadə etdiyi xüsusi bir dildən istifadə edir. Bu danışıqları ətraflarındakı heç kim anlaya bilmir. Normalda makaron və şərab ilə bəsləndiyini düşündüyümüz İtalyanın Ponti bölgəsində yerli xalq, Pasxa əvvəlindəki 40 gün ərzində ümumi min yumurtadan hazırlanmış omlet yeyir.

Tayland - Kral ailəsi xüsusi bir dildən istifadə edir

Çex Respublikasında pivə ilə duş etmək çox məhşurdur. Bunun sağlamlığa, o cümlədən sinir sisteminə çox yaxşı təsir etdiyini düşünürlər.

Çexiya - pivə vannası

Qərbi Afrikada kiçik bir müsəlman ölkəsi olan Moritanyada ərə veriləcək qızlarla bağlı qəribə adətlər var Evlənən qızların çəkisi ən az 60, ən çox da 100 kiloqram olmalıdır. Əgər yemək yeməzlərsə qızlar cəzalandırılır.

Moritanya - Ərə veriləcək qızlarla bağlı qəribə adət

Şimali Koreyada qadınların 25, kişilərin isə 27 yaşından aşağı evlənmək qanunla qadağandır. Evlənmədən əvvəl fərdlər dövlət qarşında götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.

Şimali Koreya - evlilik

İslandiyanın paytaxtı Reykyavikdə it bəsləmək qanunla qadağandır.

Reykyavik

Əgər özünüzə fərqli bir idman növü axtarırsınızsa, İngiltərəyə gedin. Burda pendir diyirləndirmək yarışı keçirilir. Bu yarışlar İngiltərənin bəzi bölgələrində həyata keçirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
485 478 498 441 384 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.