Qar istini Görüncə Əriyirmiş!
İndi pəncərənin kənarına bir kürsü çəkibdə, oturma vaxtıdır. Əlinə bir fincan isti
çay, amma dəmləmə olsun... Bir əlinə də şokolad .. Gözün həmişə çöldə olmalıdı, tam da indi, yüngül günəş vurur Pəncərəmə .. Dümağ qar üzərindən .. Amma əriməsin nə olar, bir az daha getməsin bu qar .. Bax tam da xəyallara biz də dalmışam, düz uşaqlığıma ...
Anam məni yatırtmağa çalışırdı da yatmamışdım ... Qara görə, Qarı qoyubda yatmaq olarmıkı ana? Onsuz da kiçikkən yatmağı heç sevmezdim, indi də çox sevdiyim deyilə bilməz əslində ..
Yuxum heç gəlməzdi balacalığımda, guclə yatirdardı anam məni .. Bir dəfə yenə belə bir gün, yatmayacağam deyə irar edirdim. Çölə çıxacam qara toxunacam deyə qışqırıram .. Anam da mən üşüməyim deyə ləyəni əlinə alib , çölə çıxdı qar doldurdu, gətirdi içəriyə. Dünyalar mənim olmuşdu. Uşaqkən bir ləyən qar ilə sevinə bilirdik. İndi kamazlarnan qar gəlsə nə qədər sevinərki. Yenə də sevinirəm bu səhər .. Uşaqlıqdan qalma bir sevinclə. Qırmızı fırfırlı paltarımı xatırladım .. Nə gözəl idi, Turistlər şəklimi çəkməyə çalışırdılar amma atam icazə vermirdi.
Bir dənə qaz sobamız var idi o vaxtlar .. Yandı mı gurultulu yanar, elə isınırdım ki... hələdə hiss edirəm o istiliyi, yanaqlarım yanar qıpqırmızı olardı, təbii o zamanlarda belə qansızlıq kimi problemlərim də yox idi, çox sağlam idim .. Nəysə mən bir ləyən kar göründə necə sevindim .. Anamla birlikdə qardan ata, qardan ana, qardan uşaqlar etdik ... Sonra anam dedi ki; "indi yat, oyananda oynarsın bunlarla"
Mən də "yaxşı" dedim ...
Mən qardan adamların xəyaliylə yatdım .. Amma haradan bilərdim qarın istini görüncə ƏRİYƏCƏYİNİ ...
Bir, iki saat sonra oyandım, Dərhal qalxdım sobanın yanına qaçdım. Anam ləyəni sobanın yanına qoymuşdu .. Birdə baxdımki ləyənin içi su doludu!
"Ana harada mənim qardan adamlarım?" dedim
Anam "əriyiblər" dedi ..
Allahım necə ağlamışdım, heç əriyəcəklərini düşünə bilməmişdi məgər kiçik ürəyim. Necə kədərlənmişdi .. Və öyrəndim taa o gündən sonra qar istini görüncə əriyirmiş .. Öyrəndim ..
İndi artıq nə soba var, nə qar içinə doldurduğumuz ləyən .. Ayrıca qar belə yox artıq. Mən balaca olanda nə çox qar yağardı. Artıq ildə bir dəfə yağarsa uşaq kimi sevinirəm.
Nəysə mən yenə də sizə də deyirəm, "Qar istinin Görüncə Əriyirmiş!!"







