Getmək istəyirsən, bəhanəsiz get

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atilacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.
Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacim qalibdir sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.
Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.
Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən nə danış nə din
Yox ol uzağlar tək dumanda çəndə
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görursən məndə






