`...Admini Olsaydım` Layihəsi[Bölüm 2](QALİB TƏYİN EDİLDİ)
Salamlar, dəyərli userlərr :) Bildiyiniz kimi, `... Admini olsaydım` adlı bir layihəyə başlamışdım. Bu həftəki mövzumuz isə 'İnstagram admini olsaydım` oldu) Bir çoxunuza şəxsidə yazıb cavablarınızı aldım, indi də bunu anonim şəkildə sizlərlə paylaşacam :D Siz də budəfə fikirlərin müəlliflərini bilmədən onlara səs verəcəksiniz. Ən çox səs toplayan qalib olacaq. Fikirləri sizə təqdim edirəm, söz sizdə :)
1. Xaliq - İnstagram admini olsam, canll yayım açaraq görüntülü sohbet yararadaraq asan ünsiyyət qurdurmaga çalışaram. Paylasimlar etmek üçün xüsü yer ayıraram video şəkil . Layk etme beyenme xüsusiyyeti elave ederem və belece əhatəmiz böyük güclü olar )))
2. _pandam_ - Bezi proqramlar var ki, onlarla gizli hesaplara baxıb, şekilleri götürürler. İnstagram admini olsaydım, ilk növbede buna bir çare tapardım. Daha sonra "Hekayem" bölmesinde "Mene sual ver" başlığıyla atılan postlarda insanların sualını anonim şekilde vere bilmesini temin ederdim. Yeni hemin profilin sahibide sualı kimin verdiyini görmeyecek. Ağlıma gelenler bunlar oldu. Teşekürler ferqli mövzu üçün)
3. Vera_ - Paylaşımları izləyərdim, uyğunsuz, görüntü təhqir söyüş vs. kimi bəzi qaydalar qoyardım, qaydaları pozanın blok eliyərdim. Canlıda da elə yersiz şeylər edəni birdə canlı açmağa qoymazdım.
4. Arzum - Oo İnstagram admini olsaydım nələr etməzdim nələr?)Belə ki,ilk öncə qeyri etik hərəkətlərlə fenomen olmaq istəyənlərə icazə verməzdim.Yaşı 18dən aşağı olanlara girişi qadağa qoyardım.İnstagram istifadəçisi deyiləm deyə nə kimi yeniliklər edərəm bilmirəm.Yaxşısı budur adminlik etmiyim.Çünki çox sərt biriyəm bu mövzularda.)))Təşəkkür
5. ODiNoKiY_VoLK - Men instagram admini olsaydim birinci seviyesiz insanlari blok ederdim yeni bildinde kimleri deyirem.Calismaq lazimdi ister sayt ister online programlara guclu nezaret etmek lazimdi.Seviyesiz yer yox seviyeli yer etmek lazimdi. bir denede online chat qoyardim_)) kim ime istere rahat ayzsin kim isteyer cavan verer kim istese yox) day bezdirmesinlerde xanimlari direkte yazib))))
6. MarveL - İnstada səs atmaq 1 dəqdi onu limitsiz edərdim. WhatsApp kimi. Video/Şəkil yükləmək üçün xüsusi seçimlər qoyardım. İstər post olaraq istər story olaraq. Malum çox insan video şəkil götürmək üçün ayrı proqramlara üz tutur. Elə öz tərkibində olsun ən yaxşısı.
7. Elnare - İnstaqramin admini olsaydim sirf bezi seviyesiz sehifeleri hansilarki pul xatirine kucede kecen her kesi reklam edib gundemde saxliyanlari sildirib qadaga qoyardim. Bashqada ele bir sheyler dushunmurem cunki her shey qaydasindadi
8. Xoxan - İnstagramin admini olsam Bəzi səhifələr varki sildirərəm. Sözümə görə üzr istəyirəm 18 səhifələr çoxdu. Elə səhifələr əsla qoymaram. Sonra Ermənilərin İranlıların girişin qadağan edərəm. İnstagram təbii ki böyük bir belə desək proqramdi. Çox bir hissəni Qarabağ haqqında qoyaram. Dünyaya çatdiraram. Rəng sistemlərinə Smyliklərə düzəliş edərəm. Qeydiyat hissəsinə qaydalar qoyaram o qaydalara uyğun nəzarət hissəsini güclü edərəm. Vk da odnoklassnikdə kimi musiqi yeri qoyaram Musiqi oxuda oxuda saytda hərəkəti təmin edərəm.
9. amon - Hərkəsin bildiyi kimi istagramda yazışanlar var yeni sevgili olanlar və bundan yetərincə istifadə etmək olar. Müəyyən pul qarşılığında qarşında ki, şəxsin istagramda nə etdiyini görmək təbi ki qarşı tərəfin bundan razılığı olma.. Yeni ki biri ilə sevgilisənsə onu profiıdə qeyd edirsən həmin şəxsdə bunu təsdiqləyir hər iki profildə bir birləri ilə müsanbetde olduğu görünür. Bir evlilik kimi yeni. Bir evdesən bir birinizin ne etdiyini bilirsen anlayirsan.. və bunuda hemin funksiya ilə etmək olar.. kimle danışdı kim yazdı nevaxt girdi çixdi.. Sanki iki profili bir ev kimi dusun rahatca xeberi olacaq bir birlerinden )P.S: Bu həftəki qalibimiz 4səslə 2ci fikrin sahibi _pandam_ nikli userimiz oldu və 3000 manat e.pul qazandı) Təbrik edirəmm
Yuxarıda digər fikirlərin də sahiblərini qeyd etmişəm, baxa bilərsiniz :)






