ÊLfidÂ

ÊLfid Mətbəx 10-09-2020, 19:43

Makarun şirniyyatı

Makarun şirniyyatı
Lazım olan ərzaqlar:

1 ədəd yumurta ağı
4 xörək qaşığı şəkər tozu (50 qr)
1 stəkan kokos qırıntıları ( 60 qr)
1/8 çay qaşığı duz
1/4 xörək qaşığı vanil ekstraktı
115 qr şokolad

Hazırlanması:

1 ədəd yumurtanın ağını sarısından ayırın. Bir qabda yumurta ağını azca çırpın. Daha sonra bura şəkər tozu, vanil, duz əlavə edib çırpmağa davam edin. Daha sonra kokos qırıntılarını əlavə edərək qarışdırın. Bu qarışımın koksistensiyası nə çox yapışqan, nə də çox sulu olmalıdır. Soba listinə kalka kağızı salın. Sonra əliniz ilə və ya qaşıq ilə kiçik toplar formalaşdırıb kağızın üzərinə düzün. Bu porsiyadan 8 ədəd makarun alınır. 15-20 dəqiqə 170 dərəcəli sobada bişirin. Bişmiş macaroonları soyudun.
Şokoladı mikrodalğalı sobada və ya su hamamında əridin. Hazır makarunların alt hissəsini şokolada batırıb kalka kağızının üzərinə qurumağa qoyun. Qalan şokoladla isə üzərini bəzəyə bilərsiniz.

Nuş olsun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
440 409 380 371 474 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.