"Haluk Levent - Elfida" tarixçəsi
•Yəqin ki, Haluk Leventin “Elfida” mahnısını eşitmisiniz. Kədərli mahnıdır, ancaq sözlərində bir az da üsyan var. İstərsəniz xəbərə keçmədən mahnıyı qoşun.

İndiysə bu mahnının yaranma tarixçəsinə keçək. Mahnı qədər təsirli tarixçə...
Haluk Levent təqaüdçü bir dostunun dörd yaşlı qızı ilə tanış olur. Adı Beyzanur olan balaca qız amansız bir xəstəliklə çarpışır. Müğənni qızı ölümün pəncəsindən xilas etmək üçün dəridən-qabıqdan çıxır, həkimlərlə hər gün uzun-uzadı söhbətlər edir. Günlərlə xəstəxanaya gedib balaca qızın “yağmurlu” gözlərinə baxır...
Belə günlərin birində həkimlərdən biri Haluk Leventə ağır bir xəbər verir:
- Haluk bəy, bu qızdan ümidinizi üzün...
Haluk Leventlə bir yerdə xəstəxanaya gəlmiş musiqiçi dostu Emrah Aydoğdu:
- Ümidi üzülən qadına Osmanlıda Elfida deyirlər... – deyir kədərlə...
Qucaqlaşıb ağlayıblar. Beyzanur da “yağmurlu” gözlərlə qarşılayıb onları...
Həmin gün Haluk Levent əlini-qolunu çırmalayıb mahnı sözlərini yazıb. Emrah Aydoğdu da müğənniyə öz dəstəyini əsirgəməyib. Mahnının bəstəsi də Ömər Faruk Güneyə aid idi.

Mahnının sözlərinə və mənalarına da nəzər salaq:
Omzumda iz bırakma, yüküm dünyaya yakın
-Həmin dönəm Haluk Levent iflas edibmiş. Bu misralarda da "onsuz yüküm çoxdu, birdə sən məni buraxıb getmə" demək istəyirdi.
Kimbilir kaç yüzyıldır, sarılmamış kolların
-Sözlərini isə Beyzanurun ana və atasına ithafən demişdi Haluk Levent. Çünki onlar gecə-gündüz qızlarının başında idilər və qızın qırılqanlığından, xəstə yatağından ona doyunca sarıla bilmirdilər.
Sisliydi kirpiklerin, ve gözlerin yağmurlu
-Haluk Levent deyir ki, Beyzanurun gözləri hər zaman "yağmurlu" idi. Ona görə mahnısında bu sözlərə yer verib.

Beləliklə xəstəliyi ilə daha çox mübarizə apara bilməyən Beyzanur həyata gözlərini yumur.. Haluk Levent ata anasına həyatdan əlinizi üzməyin bır uşağınız yenə olsun deyir. Və bir il sonra xəbər alır ki, bir qızları olub. Deyir ki, adını Elfida qoyun. Şəkildən də görə biləcəyiniz kimi, o Elfida artıq böyük qız olub.

Belə.. Buda "Elfida" mahnısının tarixçəsi. Oxudum, maraqlı gəldi. Dedim sizinlədə paylaşım. Ümid edirəm ki, bəyənərsiniz.