Луна

Луна İslam Dini 18-09-2020, 22:23

Təvazökarlığın dərəcələri

Təvazökarlığın dərəcələri
İmam Rza (ə) buyurur: "Təvazökarlığın dərəcələri vardır: onlardan biri budur ki, insan öz ölçüsünü bilsin. İnsanlarla elə rəftar etsin ki, onunla o cür rəftar edilməsini istəsin. Əgər pislik görsə, ona yaxşılıqla cavab versin. Qəzəbini yatızdırsın və insanlara güzəşt etsin. Allah yaxşı əməl sahiblərini sevir". (Avini)

İmam Kazım (ə) buyurur: "Əkin hamar torpaqda cücərər, nəinki sərt daşda. Hikmət təvazökar qəlblərdə yer tutar, nəinki təkəbbürlü qəlblərdə. Allah Təala təvazökarlığı - ağlın, təkəbbürü - cəhalətin vasitəsi qərar vermişdir".

"Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər". ("Furqan" 63-64).[color]

İmam Sadiq (ə) buyurur:
"Üç şey məhəbbəti ardınca gətirər: dindarlıq, təvazökarlıq, əli və ürəyi açıq olmaq".

İmam Əli (ə) buyurur: "Üç şey məhəbbətə səbəb olar: gözəl əxlaq, yaxşı yoldaşlıq və təvazökarlıq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
758 872 787 752 709 720

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.