ÊLfidÂ

ÊLfid Maraqlı 16-09-2020, 11:00

NOMOPHOBİA NƏDİR

NOMOPHOBİA NƏDİR
Nomphobia - bir insanın telefonsuz qalma və ya telefonla əlaqənin tamamilə kəsilməsi qorxusudur. Ingilis dilində "No Mobile Phobia" sözlərindən yaranmışdır. Texnologiya dövrünün əsas proplemlərindən biridir və intihara qədər gətirib çıxara bilər.

Xəstəliyin əlamətləri:

1. Telefonun batereyası bitdikdə bütün həyatla əlaqəsinin kəsildiyini düşünmək.
2.Telefonu itirməkdən qorxmaq və tez-tez yanında olub-olmadığını yoxlamaq.
3. Məqsədsiz telefon qurcalamaq.
4.Gecə telefonla yatmaq, səhər duran kimi telefona baxmaq.
5.Telefonsuz qaldıqda aqresif olmaq, insanlarla yersiz mübahisə etmək və s.

Ingiltərədə 2012 ci ildə 1000 insanla edilən bir araşdırmada insanların 66%-i NOMOPHOBIA-dan əziyyət çəkdiyi görülmüşdür.

ABŞ-da universitet tələbələri üzərində edilən bir araşdırmada, 404 tələbənin beşdə birinin telefonlara bağımlı, yarısına yaxınının isə tam bağımlı olduqları ortaya çıxdı.

Türkiyədə 537 nəfər gənc arasından edilən araşdırmanın nəticəsi olaraq,iştirakçıların 42.7%-də NOMOPHOBIA olduğu, onların ən böyük qorxusunun telefonla əlaqələrinin kəsilməsi və məlumatsızlıq olduğu deyilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
399 457 385 444 411 402

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.