ÊLfidÂ

ÊLfid Maraqlı 16-09-2020, 12:00

Bədən Dili

Bədən Dili
Əlləri bir-birinə sürtmək- pozitiv gözləntiləri, böyük istək və həvəsi göstərir. Qərarını vermiş, hərəkətə keçməyə hazırlaşan insanlarda olan bədən hərəkətidir. Əgər əllər tez-tez bir-birinə sürtülürsə, bu o insanın sizin üçün pozitiv düşüncəsi olduğunu, yavaş-yavaş sürtülürsə, öz mənfəətini düşünməsinin göstəricisidir.

***



Boş yer varkən kreslonun qırağına oturan insanlar özgüvənli insanlardır.Bu tiplər ətraflarına üstünlük göstərmək istəyərlər.

***

Bədən Dili

Bu formada baş barmaqların göstərilməsi, özgüvənin və üstünlük göstərmənin göstəricisidir.

***



Bir dostunuz söhbət zamanı əlini 1-ci şəkildəki kimi üzünə qoyubsa, bu onun bezdiyinin, ya da söhbətdən xoşunun gəlmədiyinin göstəricisidir. Belə halda, yaxşı olar ki, söhbəti dəyişəsiniz.
Yox, əgər həmsöhbətiniz 2-ci şəkildəki kimi durubsa, danışılan mövzu ona həqiqətən maraq verir. Söhbətinizə rahatlıqla dəvam edə bilərsiz.

***



"Qaldırılmış qüllə" jesti

Özünə əminliyin göstəricisidir.Təsəvvür edin ki, şahmat oynayırsız və növbə sizindir,
hərəkət etməlisiz. Əlinizi şahmat taxtasının üzərində
gəzdirib, fiqurlardan birinə toxunursuz, guya tərpətmək
istəyirsiz. Rəqibinizə baxanda onun arxaya oturduğunu,
əllərini "qüllə" formasında saxladığını görürsüz. Rəqibinizin qüllə jesti sizin hərəkətinizin onu arxayın saldığını deyir. Deməli,
həmin fiqura hələ toxunmasaz yaxşıdır. Başqa bir fiqura əl
atırsız və rəqibinizin əllərini pərçimlədiyini, ya da qollarını
sinəsində çarpazladığını görürsüz. Rəqib narahat
olduğunu göstərir, davam eləmək olar.

Kimisə özünüzə inandırmaq, kiminsə etibarını qazanmaq
istə­yir­sizsə, “qüllə” jestini unudun. Özündənrazı, lovğa
adam təəssüratı yaradarsız.

Özünüzə əmin, arxayın olduğunuzu, bütün düzgün
cavabları bildiyinizə inandığınızı göstərmək istəyirsizsə,
bunu sizin əvəzinizə “qüllə” jesti edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
615 595 626 593 534 498

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.