amon

amon Şeirlər 25-11-2016, 08:00

Olmayacaqdır

Olmayacaqdır
Olmayacaqdır
Adımı dilimdən qoparsan da sən,
Sevgimi özünlə aparsan da sən,
Sanma mən kimisin taparsan da sən,
Mənsizlik səninlə qalmayacaqdır...
Mənimtək sevənin olmayacaqdır.

Gün gələr gül-çiçək saralıb, solar,
Qəlbinə min kədər, qüssə, qəm dolar.
Arada bir düşün, daşın nə olar...
Mənim sənə sevgim solmayacaqdır,
Mənimtək sevənin olmayacaqdır.

Ömrünə başqası əgər gəlsə də,
Səninlə oynayıb, deyib gülsə də,
Onu bil yalandan sənçün ölsə də,
Mənimtək ölənin olmayacaqdır,
Başıva dolanım, dolanım sənin,
Qəlbimə yad sevgi dolmayacaqdır...
Mənimtək sevənin olmayacaqdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
744 793 665 693 710 719

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.