ÊLfidÂ

ÊLfid İslam Dini 23-09-2020, 16:29

Şeybə-Əbdülmüttəlib

Şeybə-Əbdülmüttəlib
Məhəmməd Peyğəmbər'in (s.a.s) babası doğuşdan ağ saçlı olduğu üçün ona "Şeybə" adını vermişlərdir. Əbdülmüttəlib, onun ləqəbidir. Bu ləqəbin hekayəsindən bəhs edək:
Şeybə, uşaqlığında Mədinə də dayılarının yanında qalardı. Bir gün məhəllə dostları, digər uşaqlarla, Mədinə də bir meydan da ox atışı edirlərdi. Bütün uşaqlar arasında, Şeybə alnındakı nur səbəbiylə seçilirdi. Uşaqların bu yarışmasını seyt etmək üçün böyüklər də toplanmışdı. Ox atma sırası Şeybə'yə gəlmişdi. Özündən əmin bir tərzdə oxunu atdı. Ox hədəfə tam dəydi. Hərkəs heyranlıqla ona baxarkən, o, duyduğu secinci bu sözlərlə dilə gətirdi.

"Mən, Həşimin oğluyam! Mən, (Betha) Beyinin oğluyam! Oxum əlbətdə düz gedəcək!"

İzləməyə gələn böyüklər, Şeybə'nin bu sözlərini eşitdilər. Haris bin Abdi onun yanına gəldi və soruşaraq onun doğurdanda Həşimin oğlu olduğunu öyrəndi. Məkkəyə dönüb, vəziyyəti Şeybənin əmisi Müttəlibə anlatdı və belə qabiliyyətli və ağıllı uşağın başqa yerdə buraxılmasının doğru olmayacağını dedi. Müttəlib bu xəbər üzərinə dərhal Mədinəyə getdi. Şeybə'yi alaraq Mədinə'yə gətirdi. Görənlər "Bu uşaq kimdir?" deyə soruşdular. Göz dəyməsindən qorxan Müttəlib'in ağzından "Köləmdi" sözü çıxdı. Evinə gəlincə həyat yoldaşı Xədicə də onan eyni sualı soruşdu. Ona da cavabı "Köləmdir" oldu. Sabahsı gün əmisinin aldığı gözəl paltarlarla Məkkə küçələrində gəzməyə başlayınca, hərkəs onun kim olduğuyla maraqlanmağa ve soruşmağa başladı. Bilənlər, "Əbdülmüttəlib [Müttəlib'in Köləsi]" deyə cavab verdilər. Beləcə, sonradan kim olduğu bilinsə də, Şeybə'nin adı "Əbdülmüttəlib [Müttəlib'in köləsi] olaraq qaldı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
699 679 658 583 602 614

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.