ÊLfidÂ

ÊLfid Maraqlı 25-09-2020, 15:39

Bədən dili {2}

Bədən dili {2}
🟡GERÇƏK TƏƏCCÜB ILƏ SAXTA TƏƏCCÜB ARASINDA NƏ FƏRQ VAR?

Ümumiyyətlə insan üzündə təəccüb necə olur ona baxaq: qaşlar qalxır, ağız açılır ,gözlər böyük açılır.

Psixologiyaya görə, təəccüb 1 saniyə içində bitən və öz yerini digər duyğulara verən duyğudur. Məsələn, doğum günü surprizi etdiyiniz adam, ilk öncə təəccüblənər və sonra xoşbəxt olduğu üçün gülməyə başlayar. Gerçək teeccüb 1 saniyə sonra öz yerini başqa duyğuya verir. Saxta təəccüb isə 1 saniyədən artıq təəccüb reaksiyası verir.



AYAĞINI ƏLI ILƏ TUTMAQ

Müzakirədə razı salınma ehtimalı az, özünə güvənən və inadçı insanlarda görülən hərəkətdir. Ortaq bir dil tapmaq xüsusi münasibət istəyir.Bu pozisiyada duran insanlar, bir mövzuda yalnız özünün haqlı olduğunu düşünür və digər fikirlərlə qəti razılaşmır.



ƏLLƏRIN ARXADA CƏMLƏŞMƏSI-ÜSTÜNLÜK DURUŞU

Bu duruş mükəmməlliyi, özgüvəni və gücü təmsil edir. Dövlət liderləri, polis məmurları, yüksək vəzifədəki insanlarda tez-tez görülür. Bu duruşdakı şəxs, ürək, qarın və boğaz kimi tez yaralana bilən hissələrini önə verərək şüuraltı olaraq, qorxsuzluğunu və özünə əminliyini göstərir.



🟢ƏLLƏRI ÇƏNƏDƏ BIRLƏŞDIRMƏK- ÜZÜNÜ GÖSTƏRMƏK HƏRƏKƏTI

Diqqət çəkmək, özünü bəyəndirmək üçün istifadə olunur.Çox vaxt oğlanların diqqətini çəkmək istəyən qadınlar istifadə edir. Qadın, əllərini birləşdirib çənəsinin altına qoyaraq, oğlanların bəyənməsi üçün üzünü göstərir.



AYAQQABI ILƏ OYNAMAQ

Insanın bir ayaqqabısı ilə oynamağı, çox zaman flörtün işarətidir. Qadınlar, sadəcə rahat və güvənli hiss etdikləri məkanlarda belə hərəkət edirlər. Sizinlə söhbət edən bir xanım,eyni zamanda bir ayaqqabısı ilə oynayırsa, bu, onun sizdən xoşunun gəldiyinin və onda xoş izlənim yaratdığınız mənasına gəlir.



ÇARPAZ AYAQLAR

Çarpaz ayaqlar, həmsöhbətinizin neqativ duyğu və etirazlarını basdırdığının və onları göstərməməyə çabaladığının göstəricisidir. Əsasən, diş həkimləri və vəkillərin yanına gedən insanların bu formada oturduğu görülür.



🟠ƏLLƏRIN YUMRUQ FORMADA SINƏDƏ ÇARPAZLANMASI

Bir insan, qollarını sinəsinə çarpazlamaqla bərabər, həm də barmaqlarını yumruq sıxıbsa, bu o insanın qarşısındakına düşməncə bir münasibət bəslədiyinin mənasına gəlir. Eyni zamanda qızarmış sifət və sıxılmış dişlər də varsa, Diqqət! Bu sizi sözlü və ya fiziki şiddətin gözlədiyinin mənasına gəlir.



🟡"TƏHLÜKƏSIZLIK BARYERI"

Insan özünü narahat, gərgin hiss edir, ya da stresli bir hal içindədirsə, şüuraltı olaraq özünə "təhlükəsizlik baryeri" yaratmağa çalışır. Məsələn, söhbət əsnasında durduq yerə, səbəb yox ikən,əl çantasını stolda öz qabağına qoya bilər, bir qədəhi iki əli ilə tuta bilər və s. (Qəbul edin bir qədəhi tutmaq üçün bir əl yetəri qədər kifayətdir.) Belə bir baryer üçün, mobil telefondan, stəkandan, çantadan və s. istifadə oluna bilər.

Not: Çox vaxt qadınlar yalan danışarkən bundan istifadə edir. Stol qarşısında mənasız telefonunu qabağında tutub əlində fırladır, stəkandan su içib öz qabağına qoyur (çox vaxt, stəkanı iki əli ilə tutur).



🟢BAŞINI YANA ƏYMƏK

Insanların da heyvanlar kimi bir şeydən xoşları gələndə başlarını yana əydiklərini deyən ilk insan Charles Darwin-dir. Bir məhsul tanıdırsınızsa, ya da çıxış edirsizsə, o zaman, izləyicilərin başlarına fikir verin. Əgər, başlarını yana əyiblərsə, bu artıq məqsədinizə çatdığınızın mənasına gəlir.
Qızlar çox vaxt, bir oğlandan xoşları gələndə bu hərəkəti şüursuz olaraq edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
676 653 608 583 623 579

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.