Qaraciyər haqqında maraqlı məlumat
Qaraciyər özünü yeniləyə bilən yeganə daxili orqandır. Bu orqanın 5 payından 3-nün (60%) götürülməsi və ya zədələnməsində belə qaraciyər özünü 5-7 gündə tam bərpa edə bilir.
Bu yenilənmə zədədən və ya kəsilmədən 5 dəqiqə sonra başlayır. Siçanlarda da bu proses insanlardakı kimidir.
Yenilənmədən başqa qaraciyəri digər orqanlardan fərqləndirən bir əsas məsələ də var: Hər orqanın konkret vəzifəsi olduğu halda, qaraciyərin vəzifələri ümumidir və çoxsaylıdır. Məsələn, qanı zəhərli kimyəvi maddələrdən və bakteriyalardan ayırır-təmizləyir, qan plazma proteinlərini və xolestrolu, yağ daşıyıcı proteinləri və s. istehsal edir, qlükoza və qan daşıyıcısı hemoqlobini meydana gətirən dəmir elementini depolayır - və başqa, və başqa.
Xüsusi qeyd: Alkoqollu içkilər, həddən artıq yağlı qidalar, həddindən artıq qəbul edilən yağlı ət, tort, şokolad, xəmir yeməkləri və s. qaraciyərə ziyan vurur.(bir sözlə, doyanda süfrədən qalxın, çox yeməyin)






