Peyğəmbərimiz əmisi ilə yağış duasında
Məkkə və əhalisi şiddətli bir quraqlıq və qıtlıq ili yaşayırdı. Kureyşlilər Əbu Talib'ə gedərək, "Ey Əbu Talib!" dedilər. "Quraqlıq və qıtlıqdan uşaqlarımız ölməyə, heyvanlarımız qırılmağa başladı! Ne olar bizim üçün yağış duasına çıx."
Əbu Talib təklifi rədd etmədi. Yanına qardaşı oğlu Məhəmmədi də alaraq evdən çıxdı. Çünki onun bərəkət gətirdiyinə bir çox hadisədə şahid olmuşdu.
Artıq Kəbəyə gəlmişdilər. Əbu Talib belini məbədə dayadı və əllərini Allaha açıb yalvarmağa başladı. Məhəmməd (s.a.s) isə Kəbənin örtüsünə yapışmış, bir barmağını da göyə doğru qaldırmışdı.
Və az sonra Rəhman'ın bərəkəti ilə yağış stəkandan boşalar kimi yağmağa başladı. O qədər yağdı ki, insanlar özlərini zorla evlərinə çatdırdılar. Bir anda dərələr dolub daşdı. Üzlər və gözlər sevinclə doldu.
Bəli, Hz.Məhəmməd (s.a.s) insanlığa maddi mənəvi rəhmət və bərəkət gətirmək üzrə vəzifələndirilmişdi. Bu hadisədə də gördüyümüz üzərə uşaqlığından etibarən bu vəzifənin izlərini üzərində daşıyırdı.






