ÊLfidÂ

ÊLfid Maraqlı 9-10-2020, 18:42

Misofoniya nədir?

Misofoniya nədir?

Misofoniya-spesifik səslərə qarşı nifrətlə müşahidə olunan xəstəlikdir. Bu həssaslıq insandan insana dəyişir. Belə insanlar, əvvəldən sadəcə çəngəlin boşqaba toxunduğu səsə həssas olduqları halda, sonradan ağız marçıldatmağa nifrət edə bilərlər. Bu xəstəlik eyni anda birdən çox səsə narahatlıqla müşahidə oluna bilər. Ancaq bu xəstəlik ətrafındakı hər səsə həssaslıq yaratmır, spesifik olaraq narahatlıq doğuran səslər var. Ətrafdakı hər səs-küydən narahat olan xəstələrə isə hiperakuziya diaqnozu qoyulur.

Hiperakuzidən fərqli olaraq, Misofoniya müəyyən səslər üçün spesifikdir. Bəzi simptomlara səbəb olan bu fizioloji anormallığın anatomik səbəbi barədə az məlumat olmasına baxmayaraq, bunun böyük ehtimalla mərkəzi sinir sistemindən qaynaqlandığı düşünülür.

Hiperakuz xəstələri eşitdikləri hər səsi sonuna qədər açılmış televiziya səsi kimi eşidirlər. Hiperakuzis qulağın fəaliyyətindəki bir problem olduğu halda, Misofoniya xəstələri yalnız psixoloji olaraq müəyyən səslərə həssasdır.

SIMPTOMLARI :

Dırnaq kəsmək, diş fırçalamaq, yemək, nəfəs almaq, iyləmək, danışmaq, asqırmaq, əsnəmək, yerimək, saqqız çeynəmək, gülmək, xoruldamaq, fit, televiziya səsi və ya öskürək kimi adi səslər Misofoniya xəstələrini ən çox narahat edən və hətta qəzəbləndirən səslərdəndir. Bəziləri, ayaq və bədən hərəkətləri kimi hiss olunmayan vizual stimullardan da təsirlənirlər. Belə hallarda güclü narahatlıq və qaçma davranışı görülə bilir, bu da insanlarla ünsiyyətin zəifləməsinə səbəb olur.

MÜALICƏSI

Ümumiyyətlə, psixoloji problemlərin müalicə nöqtəsinə gəlmək, insanın həyatına mənfi təsir edəcək bir səviyyəyə qədər böyüməsinin göstəricisidir. Xəstəliyinə görə insanın həyat keyfiyyəti azalırsa, psixoloji müalicə tələb olunur. Psixoloji müalicədə diqqət həssas olduğu səsə qarşı duyğusal (səsə qarşı hirs, nifrət) və davranış (səsi eşitdiyi an qarşısındakına şiddət göstərmək və s.) reaksiyalarına yönəldilir, duyğu nəzarət terapiyaları və idrak davranış terapiyası kimi metodlardan istifadə olunur.

Mütəxəssis Psixoloq Ayhan Altaş

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
513 548 446 438 445 570

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.