Луна

Луна Xəbərlər 10-10-2020, 12:10

"O Ses Türkiye"dən üzücü xəbər

"O Ses Türkiye"dən üzücü xəbər
Tv8 telekanalında yayımlanan "O Ses Türkiye" səs yarışması bu mövsüm yayımlanmayacaq.

LoaDinG.Az xəbər verir ki, bu barədə "Yeni Akit" məlumat yayıb.

Bildirilib ki, aparıcılığını Acun Ilıcalı edən, jüri heyətində Hadise, Murat Boz, Seda Sayan kimi müğənnilərin yer aldığı yarışma bu il olmayacaq.

Kanalın sahibi Acun Ilıcalının jüri heyətində repin əfsanəsi Sagopa Kajmerin də yer aldığı başqa yarışma təşkil edəcəyi iddia olunur.

Qeyd edək ki, "O Ses Türkiye" 10 mövsüm davam edib. Onlardan birində azərbaycanlı müğənni Elnur Hüseynov qalib gəlib.

Xatırladaq ki, daha əvvəl yarışmanın seçimlərinin 25 sentyabrda keçiriləcəyi, ilk bölümünün isə oktyabrın ilk həftəsində yayımlanacağı bildirilirdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
585 579 506 481 510 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.