Birlikdə gülək;) [3]
![Birlikdə gülək;) [3]](/uploads/posts/2016-12/1480959478_1464163746_status-49.jpg)
4 şeydən nifrət edirəm.
-Ağlayan qonaq uşağı.
-Qışqıran qonaq uşağı.
-Sözə qulaq asmayan qonaq uşağı.
-Komputerlə maraqlanan qonaq uşağı :)
Uşaq vaxtı yanağımı dartıb "Qızımı sənə verəcəm" diyən xalalar — artıq vaxtı çatıb, bizim o iş noldu?:)
Nömrəsini Facebook'a qoyub, sonra da "Mənə Gizli Nömrələrdən Zənglər Gəlir"
Deyən qızın, ağlını çıxarıb quşa qoysaq — quş tərsinə uçar :)
"Mc Donalds"-da işləmək üçün rus dili, ingilis dili bilikləri, dünya və xarici görünüş tələb olunur.
Bunlarin hamısı məndə olsa deputat olaram da, day kartoşka niyə paylıyıram ki?:)
Səni sevirəm" demək asandı... əsl çətin olan; "Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam'' deyə bilməkdi :)
Limon:
-Axır zamanlar çox sıxırlar məni :(
Kaktus:
-Yaxşı oğlanı sıxmazlar!!! :)
Tərəzinin üstünə çıxanda qarnını içəri çəkən qıza dimet istiyrəm ki,
toplananların yerini dəyişdikdə cəm dəyişmir :)
"New-York küçələrində gəzmək başqa aləm" statusunu yazan qız, Biləcəri marşrutunda ifritə rəfiqələri tərəfindən yaxalandı :)
Avropada köynəklərin üstündə..
No girlfriend, No problem..
Azərbaycanda:
Yes oğlanlar, No şərait:)
"Yoo yo yemə yemirik, elə bir stəkan çay içməyə gəlmişik" deyən qonaqlardan qorxuram — onlar süfrədə heçnə saxlamırlar :)
Əlifba bayramında, sinif rəhbərimiz əlifbanı bitirməyimiz münasibətiylə, bizə hədiyyə almışdı.. Hədiyyə üçün də bizdən 2 şirvannan yığmışdı :)
Nastradamus evə gələrək anasına deyir
-Ana yeməyə nə var?
Anasi:
-Köpəyoğlu, məni dolamısan? guya bilmirsən nə var?:)
Yalnız Azərbaycada toyuğa bu qədər əzab verirlər:
"Cığırtma", "Bozartma", "Qızartma", "Soyutma" və.s :)
Bəzi qızlar sevgililərinin telefonundan qız nömrələrini siləndə sevinirlər, day başa düşmürlər ki, "Kamaz şoferi Mamed" Ayseldi :)
Araşdırmağa görə iPhone və Blackberry çıxandan sonra sevgilisinə görə telefonu divara çırpmaq halları kəksin olaraq 99% azalmışdır :)
ALLAH kimsəyə sevgilisinin FB-də paylaşdığı bir şeyi bəyənənləri tək-tək yoxlayacaq qədər qısqanclıq duyğusu verməsi :) ♥
Yaxın qonşu uzaq qohumdan yaxşıdı, eləydi, beləydi.. WiFi-ın koduna çatanda noldu bəs? :)
Kişi arvadına:
-Əzizim, qoyunlar neçə il yaşayır?
-Nolub canım, özüvü pis hiss edirsən? :)
Camaatın profilində aşkımlar, canımlar, sövgi sözləri — mən qaragündə isə arıqlamaq üçün dərman reklamları :(
Nənəmin ürək aparatın batareykasını TV-nin pultuna qoydum.
Pult çox qəşəng işdiyir, düzdü nənə??
nənə, ay nənə.. nənəəəəəəəə...:(
İnsanlar iki yerə bölünür:
-Ağız burnunu qırmaq istədiklərimiz
-Ağız burnunu yemək istədiklətimiz :)
Ata öz kiçik oğlundan soruşur:
- Niyə belə keyfsizsən?
- Mənim bir neçə dəqiqə qabaq sənin həyat yoldaşınla xoşagəlməz söhbətim olub...:)
Avtobusda yorğun ola-ola durub yer verəndə öz əvəzinə 8-9 yaşlı uşağını otuzduran xalalar — yetər artıq hisslərimizlə oynadız :(






