Qaçış zamanı hiss etdiyimiz ağrının səbəbi
Qaçış zamanı sağ və ya sol böyrümüzdə ağrı hiss edirik. Görək bu ağrının səbəbi nədir.
Biz qaçarkən, yalnız ayaqlarımız deyil, bütün orqanizm gücə düşür. Belə ki, əzələlər gücləndirilmiş şəkildə fəaliyyət göstərir, buna görə də iri həcmli və sürətli qan dövranına ehtiyac olur, deməli qaraciyər və dalağımız aktivləşir.
Qaçış rejiminə asta-asta keçid edərkən qan orqanizmdə nisbətən təsirsiz və ağrısız paylanır. Ani başlayan zaman isə dalaq və qaraciyərimiz qanla böyük sürətlə dolur və nəticədə onların əsəb hüceyrələri olan qabıq hissələrinə təzyiq düşür, beləliklə ağrı yaranır.
Ağrı sağ böyrümüzdədirsə qaraciyərimiz, sol böyrümüzdədirsə, dalaq qanla yüklənmiş sayılır.
Bu cür vəziyyətin yaşanmaması üçün qaçışdan əvvəl isinmə hərəkətləri etmək, qaçış sürətini qəfil yüksəltməmək lazımdır.
Əgər qəfil sürətlənmə məcburiyyətiniz varsa, heç olmasa nəfəs alıb-verməyə nəzarət etmək, qaməti düz saxlamaq yaxşı olar.