Birlikdə gülək;)[4]
![Birlikdə gülək;)[4]](/uploads/posts/2016-12/1480844368_1462213916_despicable-me-2-minions-desktop-wallpaper-hd-1920x1080-party.jpg)
1.Coca-Cola şüşəsinin üzərindəki yazı: “Soyuq halda için!”
Mamed: Oldu da qaqa sən deməsəydin mən dəmləyib içəcəkdim e
2.-Alo polisdir??
-Bəli buyurun?
-Burda iki qız mənim üçün dava eliyir
-Bunun nəyi pisdi ki?
-Yox e bığlı olan o birini döyür axı..
-Gözlə bu dəqiqə gəlirik
3.Oğlan sevgilisinə deyir:
-“Sevgilim sənə bahalı hədiyyə almışam”
Qız:
-“Əşşi yəqin 1-2 manatlıq şeydi”
Oğlan:
-“Yox taa o qədər də bahalı demədim
4.Ağlamalı Hind filmi:
“-Raç atan ölüb!
-Nə?! Atam?! Tez gedək
-Gedək, amma əvvəlcə rəqs etməliyik”
5.Mamed qadın paltarları satılan mağazada satıcı işləyir. Bir gün bir qız yaxınlaşır və soruşur:
-“Salam sizdə ət rəngində kalqotka var?
Mamed:
-“Xanım hansı ətdən olsun, mal yoxsa qoyun?”
6.Güzgü: Mən hamıynan üz-üzə gəlirəm
Eynək: Mən hamıynan göz-gözə gəlirəm
Unitaz: Sən öl söhbətin yeri yoxdu, temanı dəyişək
7.Qız parkda yanında oturan oğlana deyir:
-“Saqqızın var?”
-“Bəli var, gözlə verim”
-“Yox istəmirəm, amma imkan varsa birini sən çeynə də”
8.Mamed: “Nə olub?”
Amaci: “Başım ağrıyır, ürəyim bulanır, öskürürəm, eyni zamanda həm üşüyürəm həm də tərliyirəm”
Mamed: “Heçnəyin yoxdu ki, mən də elə bildim xəstələnmisən”
9.Arvad: Mən öləcəm
Ər: Mən də
Arvad: Sən niyə?
Ər: Bu boyda xoşbəxtliyə ürəyim tab gətirməz
10. Bir at sirkə zəng vurur. Sirk müdiri telefonu götürür.
At: Sizdə mənim üçün işləməyə yer var ?
Müdir: Nə bacarırsan ?
At: Lom oğlu lom, bayaqdan sənlə danışıram. Bu azdı?
11. Mamed gedir Londona. Qayıdandan sonra soruşurlar ki, a gədə danış görək noldu?
Mamed: Londonda yaşayanlar çox savadlı olurlar e.
Soruşurlar ki, niyə?
Mamed: Ala orda 3 yaşındakı uşaq da ingliscə bilir
12.Bir gün Azərbaycanlı türməyə düşür. Görür ki, onunla bir yerdə olan bir nəfər qolunu kəsib pəncərədən aşağı tulluyur. Sonra ayağının birini kəsib aşağı tulluyur. Azərbaycanlı qayıdıb deyir:
-Əmioğlu yavaş-yavaş aradan çıxırsan a
13. Bir gün xaricdə belə bir turnir təşkil olunur. Hansı ölkənin komandası heç nədən istifadə etməməklə otaqdakı seyfi aça bilsə, seyfin içindəki 2 milyon dolları udacaq. erməniler girir uduzur, gürcülər də onun kimi. Bütün komandalar uduzur. Növbə çatır Azərbaycanlılara. 2 nəfər, Mamed və Tağı girirlər içəri. 1 saat keçir bunlardan səs gəlmir, biraz da gözlüyürlər görürlər otağın işığı da söndü. Axırda juri məcbur olub içəri keçir. Görür otağın işığı sönüb. Mamed Tağıya deyir :
-Ala yaxşı çıxmaz, 2 milyon bəsimizdir, qaytar lampıçkanı bağla yerinə
14. İnboxda:
Qız: Salam:)
Oğlan: (Uraaaa axır ki, yazdı) Salam :)
Qız: necəsən?
Oğlan: (Yox, bu qızda nəsə var) Yaxşıyam, siz necəsiniz? :)
Qız: tşk, amma darıxıram :(
Oğlan: (yox eee, bu qız sevir məni) Niyə darıxırsan? :(
Qız: Sevgilim yoxdur :((
Oğlan: (həyəcanlanır) Mənim də yoxdu
Qız: Taparsan, İnşallah. Mən çıxım, bye bye :)
Oğlan: … (keçindi yerində)
15.Oğlan: “Mənimlə şam yeməyinə gələrsən?”
Qız: “Qızlar xoşlamırlar onlara sual verilməsindən, elə təklif et ki, gəlim
Oğlan: “Mənimlə şam yeməyinə qoşul!”
Qız: “Nç nç nç, bud a çox iddialı oldu”
Oğlan: “Mənimlə şam yeməyinə gələrsiz?”
Qız: “Ee yenə sual verdin”
Oğlan: “Mənimlə şam yeməyinə gəl də”
Qız: “Off bud a əsəbi oldu”
Oğlan: “Mən şam yeməyinə gedirəm, gəlirsən gəl gəlmirsən cəhənnəmə gəl!”
Qız: “Ok, 5 dəqiqəyə qapıdayam”






