Diablo

Diablo Maskalar 13-10-2020, 20:30

Ən yaxşı ağardıcı maskalar

Ən yaxşı ağardıcı maskalar
Ev şəraitində çox effektli ağardıcı maskaları hazırlamaq olar.
Bu maskalar dərinin rəngini yaxşılaşdırır, "açır", piqment ləkələri və çilləri daha görünməz edir, yüngül pilling effekti verir.

Maskaların reseptlərini sizə təqdim edirik.

1. Limon maskası
1/2 limon (qabıqlı) blenderdə əzilir, 1 x.qaşığı üyüdülmüş düyü əlavə olunur, qarışdırılır. Maska üz və boyun dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq su ilə yuyulur, nəmləndirici krem çəkilir.

2. Çiyələk maskası

6-7 iri çiyələk blenderdə əzilir, üz və boyun dərisinə çəkilir. Maskanı 15 dəqiqə ərzində saxlayın, sonra ilıq su ilə yuyun, nəmləndirici krem çəkin.

3. Qatıq maskası
2 x.qaşığı qatıq 1 ç.qaşığı narın duzla qarışdırılır, üz və boyun dərisinə çəkilir, yüngül massaj edilir. Maskanı 15 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
644 625 552 543 550 540

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.