Луна

Луна Texnologiya 15-10-2020, 12:50

Smartfonların istifadə müddəti nə qədərdir? - Ekspert açıqladı

Smartfonların istifadə müddəti nə qədərdir? - Ekspert açıqladı

Müasir smartfonların əksəriyyəti alıcılara üç ildən çox xidmət etmir.

LoaDinG.Az xəbər verir ki, bu sözləri "Hi-Tech Mail.ru"nun rəhbəri Dmitri Ryabinin deyib. O bildirib ki, 3 ildən sonra telefonlarda ilk növbədə batareyaları ilə əlaqədar problemlər meydana gəlməyə başlayır. Mütəxəssis eyni zamanda qeyd edib ki, orta istifadəçi üç ildə bir dəfə telefon dəyişməyə üstünlük verir. Çünki yeni modellər əvvəlkilərə bənzəyir, odur ki, hər kəsi telefonu dəyişdirməyə məcbur etmək artıq o qədər də asan deyil.

"İndi dəyişdirmə dövrüdür, bir smartfonu üç il istifadə edə bilirik. Bu, bir rekorddur. Əslində, ağıllı telefonlar alıcıların düşüncəsinə görə, köhnəsi sıradan çıxdıqda dəyişdirmək məcburiyyətində olduğumuz məişət əşyasıdır. Alıcılar xüsusiyyət və dizayna əhəmiyyət verməyi dayandırıb", - Ryabinin deyib.

Mütəxəssis batareyanın istifadəyə başladıqdan iki il sonra nəzərəçarpacaq dərəcədə azaldığını qeyd edib. Smartfonun sıradan çıxma müddətini isə orijinal olmayan adapter və batareyanın sürətlənmiş rejimdə doldurulması yaxınlaşdıra bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
528 576 484 495 594 502

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.