Луна

Луна Maraqlı 15-10-2020, 11:50

Dənizdən tapdığı nəsnə ilə milyonçu oldu

Dənizdən tapdığı nəsnə ilə milyonçu oldu
Lanyuy adasının Li adlı sakini çimərlikdə donub qalmış kaşalot qusuntusunun bir hissəsini tapıb.

LoaDinG.Az xəbər verir ki, bu tapıntını 6 milyon tayvan dolları və ya 210 min dollar olaraq qiymətləndiriblər.

Li şirin qoxu saçan 4 kiloqramlıq tapıntını hələ mart ayında aşkar edib və evə aparmaq qərarına gəlib. Linin dostu ona tapıntının bir hissəsini Qaosyun Milli Universitetinə verməyi məsləhət görüb. Biologiya elmləri dosenti Çenq Şi-İe 7 oktyabrda həmin boz ənbərin olduqca nadir və dəyərli tapıntı olduğunu təsdiq edib.

Alim qeyd edib ki, boz ənbər kaşalotların həzm yolunda əmələ gəlir. Onu çox zaman "kaşalot qusuntusu" və ya "üzən qızıl" da adlandırırlar.

Ənbərdən ətriyyat istehsalı zamanı istifadə edilir.

Bildirilir ki, onun bazar dəyəri 1 kq üçün 50 min dollardır.

Li onu satıb əldə edilən pulları ailəsinə xərcləməyi düşünür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
345 372 358 318 347 328

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.