Sızanaqlar üçün 2 fərqli maska
Bal və darçın maskası
Darçın və bal qarışığı ilə əldə edəcəyiniz maska dərinizi təmizləyəcək eyni zamanda müxtəlif səbəblərlə yaranan sızanaqlarınızı da müalicə edəcək. Son dərəcə asan şəkildə hazırlaya bilərsiniz, nəticəsindən isə çox məmnun qalacağınızdan əminik.
Yuxu müddətində hüceyrələr yenilənər, dəriniz də elə. Buna görə verəcəyimiz tərifi yatmadan əvvəl tətbiqlisiniz beləcə nə qədər təsirli olduğunu da görə bilərsiniz. Darçın və bal maskası sayəsində dəriniz həm sağlam həm də gənc və daha canlı olacaq.
Lazımlı vəsaitlər:
Bir yemək qaşığı süzmə bal,
Bir yemək qaşığı darçın.
(daha az istifadələr üçün vəsaitləri eyni nisbətdə azalda bilərsiniz)
Hazırlanması və Tətbiq olunması:
Şüşə kasada vəsaitləri məcun konsistensiyasına gələnə qədər qarışdırın və sızanaqlı bölgələrə sürün, iki saat gözlətdikdən sonra ilıq suyla yuyub qurulayın.
Maskanı hər gün tətbiq edə bilərsiniz, mütləq hər səfərində üzünüzü ilıq suyla yuyun. Ayrıca, qara nöqtələrin də təmizləndiyini görəcəksiniz.
Portağal maskası
Əgər xroniki sızanaq problemi yaşayırsınızsa, bu maskanı mütləq yoxlayın. Hər dəri tipinə uyğun olan maskanın tərkibində kimyəvi maddələr olmadığı üçün allergiya yaratmır.
Ərzaqlar və hazırlanması:
Bir ədəd portağal qabığını sürtgəcdən keçirin, sonra yaxşıca əzib krem halına gətirin. İçinə bir çay qaşığı portağal suyu əlavə edib, yenə qarışdırın. Sonra bir çay qaşığı karbonatı əlavə edib qarışdırın. Bu maskanı hər gün sızanaqların üstünə çəkin.






