ÊLfidÂ

ÊLfid Maraqlı 15-10-2020, 17:00

Autizm nədir?

Autizm nədir?

Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət qurmaq da problemlərin olması ilə özünü göstərən inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi ifadə olunur. Autizm kifayət qədər geniş yayılmış haldır təxminən min uşaqdan beşində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum deyil,autizmin yaranmasi həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər, əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər.
Bu isə bir sıra səbəblərlə əlaqədar ola bilər:

Maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər epilepsiya sindromu ilə və yaxud bir sıra uşaq xəstəliklərinin (məs; qızılça,məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər.

Autizmin simptomları:

Sosial münasibətlərdə pozğunluq.
Nitq və ünsiyyətdə pozğunluq.
Тəxəyyüldə pozğunluq.
 
Autizmli uşaqlarin xüsusiyyətləri:
•Başqalarına qarşı maraqsızdır.
•Göz təmasından qaçır.
•Başqaları ilə ünsiyyət qurmur.
•İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir.
•Digər uşaqlarla oynamır.
•Uzun müddət ərzində eyni mövzu üzərində danışır.
•Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir.
•Mənasız sözləri ardıcıl təkrarlayır.
•Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir.
•Ağrıya qarşı laqeyddir.
•Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir.
•Tək qalmağı xoşlayir.
•Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 444 362 385 414 369

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.