Луна

Луна Maraqlı 20-10-2020, 11:10

Alimlər sübut etdi: Palçıqda oynamaq uşaqlara xeyirdir

Alimlər sübut etdi: Palçıqda oynamaq uşaqlara xeyirdir

Uşaqlara immunitet sistemini gücləndirmək üçün açıq havada və palçıqda oynamağa icazə verilməlidir.

LoaDinG.Az oxu.az-a istinadən bildirir ki, Helsinki Universitetinin alimləri bununla bağlı uzunmüddətli araşdırmalardan sonra belə qənaətə gəliblər.

Mütəxəssislər üç-beş yaşlı 75 uşağın iştirakı ilə bir sınaq keçiriblər.

Bir qrup uşaq meşə çəmənliyi əlavə edilən oyun meydançalarında oynayıblar, həmçinin meşəyə gəzintiyə çıxarılıblar.

Digər bir qrup isə şəhərdə qalıb.

Araşdırmaya görə, meydançalarda oynayan uşaqların dəridəki bakteriyaların müxtəlifliyi artıb ki, bu da immunitet sistemini gücləndirib. Bundan başqa, onların qan nümunələrində iltihab əleyhinə IL-10 zülalının miqdarı artıb.


Alimlər uşaqların torpağın üst qatındakı mikroblarla təmasın vacib olduğu qənaətinə gəliblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
409 442 409 377 406 396

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.