ÊLfidÂ

ÊLfid Dəri və saç 21-10-2020, 12:00

Dəri xəstəlikləri

Dəri xəstəlikləri

Sayılmayacaq qədər çox dəri xəstəliyi vardır. Dəri xəstəliklərinə ümumi olaraq dermatoz adı verilir.

Dəri xəstəlikləri haqqında ümumi bir fikir əldə edə bilmək üçün, kobudca bir neçə hissəyə ayırmaq mümkündür:

1.Fiziki səbəblərlə meydana gələn dəri xəstəlikləri:
Deşici, kəsici, əzici cisimlərin meydana gətirdiyi yaralar, yanıqlar, soyuğa🥶 bağlı olan çatlaqlar, kimyəvi🧫 maddələrin qıcıqlanmasına bağlı olaraq ortaya çıxan yaralar bu qrupda sayıla bilər.

2.Parazitlərin🦠 səbəb olduğu dəri xəstəlikləri: Bu qrup xəstəliklərin başında qotur, bitlənmə və müxtəlif göbələk xəstəlikləri gəlməkdədir. Ayrıca birə, taxtabiti, gənə kimi həşəratların dişləmələrindən meydana gələn dəri xəstəlikləri bunlardan sayıla bilər.

3.Mikroorqanizmlərin🦠 səbəb olduğu dəri xəstəlikləri: Bu orqanizmlər ümumiyyətlə dəri iltihablanmalarına yol açar. Mikroorqanizmlər🦠 dəridəki hər hansı bir zədələnmənin üzərinə asanca yerleşebilirler.Yaralar, yanıqlar, qotur, böcəklərin dişlədikləri yerlər, ekzamalar və uçuxlar asanca iltihablanır. Dəri iltihablarına dermatit deyilir.Mikroorqanizmlərin🦠 yol açdığı xəstəliklərdən olan cüzam, dəri vərəmi və frengide isə yuxarıdakı bəhs edilən iltihablanmaları xaricində bir mexanizmsı vardır. Buna görədə spesifik iltihablar və ya spesifik infeksiyalar qrupu olaraq adlandırılmışdır.

4.Allergik dəri xəstəlikləri: Ən sıx rast gəlinən dəri xəstəlikləridir. Allergik dəri xəstəlikləri arasında serum xəstəliyi, Quincke şişi, kurdeşənəyi, ekzama, kontakt dermatit sayıla bilər. Allergik dəri xəstəliklərinin səbəbini tapmaq olduqca çətindi. Bu məqsədlə xəstə və ətrafı çox yaxşı araşdırılar. Müxtəlif dəri testləri aparılır. Lazım olsa xəstə olduğu ətrafdan bir müddət uzaqlaşdırılır. Allergiyaya səbəb olan amil təyin etməyə çalışılır. Bu amillər; çiçək tozları, müxtəlif qida maddələri, ev tozları, bəzi dərmanlar, bağırsaq parazitləri🦠 ola bilər. Allergik xəstəliklərdə irsiyətin🧬, bədən quruluşunun və əsəbi vəziyyətin yəni psixoloji səbəblərin də rolu böyükdür.

Dərinin bu xəstəliklərinin xaricində; müxtəlif daxili xəstəliklərin dəridəki təzahürlərinə də rast gəlinir. Məsələn şəkər xəstəliyində, dəridə müxtəlif əlamətlər görülür (kurdeşənəyi, qan çıbanlar, gangren vs.). Ayrıca dərinin bədxassəli və yaxşı xasiyyətli xərçənkləridə rast gəlinir. Dəri xərçəngləri bütün xərçənglər içində ən az pis olanlarıdır. Tam müalicələri də mümkündür. Dəri xəstəliklərini araşdıran, diaqnoz və müalicəsi ilə məşğul olan elm dalına dermatoloji və bu işi peşə əldə etmiş həkimə isə, dermotolog adı verilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
752 819 694 633 756 718

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.