Gulusum

Gulusum Maraqlı 22-10-2020, 13:30

Sirli rəssamın əsəri Londonda auksionda təxminən 10 milyon dollara satıldı

Sirli rəssamın əsəri Londonda auksionda təxminən 10 milyon dollara satıldı
Britaniyalı küçə rəssamı Benksinin "Show Me The Monet" adlı tablosu 7,6 milyon funt sterlinqə (9,8 milyon dollar) satılıb.

LoaDinG.az
"TASS"a istinadən xəbər verir ki, hərrac Londondakı "Sotheby's" auksion evi tərəfindən həyata keçirilib.

Lakin bu məbləğ sənətkarın işi üçün bir rekord anlamına gəlmədi. Çünki ötən il Birləşmiş Krallıq Parlamentini lağa qoyan bir Benski tablosu 9,9 milyon funt-sterlinqə (o zamanki məzənnə ilə 12 milyon dollar) satılmışdı.

Ən maraqlısı da budur ki, sənətçi hələ də kimliyini gizli saxlamağı bacarır. Rəssamın ən yaxın köməkçilərindən başqa heç kim onun necə göründüyünü və əsl adının nə olduğunu bilmir. Yalnız bir neçə şəkil və video var ki, orda da Benskinin üzü həmişə örtülüdür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
360 390 380 378 372 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.