❤AĞA❤

❤AĞA❤ Maraqlı 27-12-2016, 18:20

Bakı metrosu sərnişinlərə Yeni il sürprizi hazırlayır - FOTO

Bakı metrosu sərnişinlərə Yeni il sürprizi hazırlayır - FOTO
Bakı metrosu sərnişinlərə Yeni il sürprizi hazırlayır - FOTO



Yolkalar da bəzənib, Şaxta babayla Qar qız da yoldadır. 28 may tarixində "28 may" stansiyasında saat 10-da Şaxta baba və Qar qız yenə metroya gələcəklər.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.


N.Paşayevin sözlərinə görə, tədbir dekabrın 29-da da davam edəcək: "Artıq 5 stansiyada - "Elmlər Akademiyası", "Memar Əcəmi", "Koroğlu", "İçərişəhər" və "28 may" stansiyalarında böyük yolkalar da qurulub. Tədbirə hər kəs dəvətlidir!"

Şöbə rəisi bildirib ki, yenə də ötən ilki kimi Şaxta baba obrazını şəxsən özü, Qar qız obrazını isə Metropolitenin Xidmət şöbəsinin rəisi Lalə Babayeva canlandıracaq.


Xatırladaq ki, ötən il də Bakı Metrpoliteni sərnişinlər üçün sürpriz hazırlamışdı. Stansiyalarda qəfildən ortaya çıxan Şaxta baba və Qar qız Yeni il münasibətilə metronun balaca sərnişinlərinə kiçik hədiyyələr verib, bayramlarını təbrik etmişdi.











Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
667 661 646 693 667 615

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.