Луна

Луна Mətbəx 30-10-2020, 19:17

Çiyələkli Bulud Deserti

Çiyələkli Bulud Deserti

Buludlar kimi bu yüngül, xəfif desert dondurulmuş çiyələkdən hazırlanır. Bu deserti hazırlamaq çox asandır. Uşaqlar belə desertləri xüsusilə xoşlayırlar. Yüngül çiyələkli desertin reseptini təqdim edirik.


Tərkibi:


200 qr dondurulmuş çiyələk
15 qr tez əriyən jelatin
150 qr şəkər kirşanı
1/2 ədəd limon

Hazırlanma qaydası:


Dondurulmuş çiyələyi otaq temperaturunda gözlədin donu açılsın. Blenderlə çiyələyi şirəsiylə birgə püre halına gələnədək əzin. Bir qabda çiyələk püresinin üzərinə jelatin əlavə edib bir neçə dəqiqə şişməsini gözləyin (paketin üzərindəki göstərişlərinə əməl edin). Daha sonra şəkər kirşanı və limon suyunu da əlavə edib qarışdırın. Qabı zəif ocağa qoyub qarışdıraraq jelatin əriyənədək isidin. Ancaq qaynatmayın! Kütlə otaq temperaturunda soyudub mikserlə 5-7 dəqiqə mikserin yüksək sürətiylə çırpın. Qarışığın həcmi əhəmiyyətli dərəcədə artıb və rəngi açılıb qatılaşacaq. Kiçik ölçülü dördbucaqlı soba qəlibinin içərisinə yağlı kağız sərin və çiyələkli kütləni töküb yayın. Sərin yerdə bərkiməsi üçün bir neçə saatlıq saxlayın (üzərini örtməyin!). Bərkiyən kütləni dəzgahın üzərinə qoyub kiçik kublar formasında və ya ürək formalı qəliblə kəsin. Süfrəyə verikdə şəkər kirşanı səpə bilərsiniz.



Nuş Olsun! :)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
576 593 529 481 514 589

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.