Uşaqların çəkdikləri rəsmlərə görə xasiyyətləri
Uşaqların şəkil çəkərkən istifadə etdiyi rənglərin mənası
Qara və bənövşəyi - Hökümranlıq etməyi sevən və tələbkar uşaqlar tərəfindən bəyənilən rənglərdir.
Mavi rəng - bu rəngi sevənlər isə, qayğıkeş təbiətə sahib olurlar və ətrafında çox insan olmasından zövq alırlar.
Qırmızı - Həyəcan rəngidir, heç nəydən kənar qalmaq istəməyənlərin bəyəndiyi rəngdir və uşaqların istifadə edə biləcəyi ən məşhur rəngdir.
Yaşıl - Fərqli olmağı sevən,ağıllı,yaradıcı qabiliyyəti yüksək olan uşaqların sevdiyi rəngdir.
Sarı - bu rəngi sevən uşaqlar yüksək zəka və gün kimi parlaq təbiətə malik olur.
Şəklin vərəqdəki yerinin önəmi:
1. Əgər uşaq şəkili vərəqin sol tərəfində çəkibsə, keçmişlə və qayğı ilə bağlıdır. Bu həm də analarla bağlı da ola bilər.
2. Vərəqin sağ tərəfində çəkilən şəkil gələcəyi, ünsiyyət ehtiyacını ifadə edir.Bu həm də atalarla bağlıdır.
3. Vərəqdə iri ölçülü bir rəsm yerləşdirən uşaq təmkinli və özünə inamlı uşaqdır. Əgər şəklin hər hansısa bir küncündə kiçik rəsim varsa, bu da özünə qeyri-əminlik hissini ifadə edir.
Xasiyyətlərinə görə uşaqlar necə fiqurlar çəkirlər?
İmpulsiv uşaqlar - İri ölçülü fiqurları, insan fiqurlarını boyunsuz və bədəni asimmetrik çəkir.
Narahat uşaq - Buludlar,yağış,uçan quşlar,insan-heyvan fiqurlarında göz yoxdur.
Utancaq uşaq - Qısa fiqurlar çəkir, çəkdiyi şəkillərdə burun və ağız olmur. Kiçik fiqurlar və əllər bədənə yaxın çəkilir.
Qəzəbli uşaq - Böyük əllər və dişlər, uzun qollar, çarpaz gözlər şəkillərində böyük rol oynayır.
Özünə inamsızlıq - Şəkillər əyilmiş və biçimsiz çəkilir, başlar və əllər yoxdur.






